“Qala Sığorta” ASC-nin gəlirləri bu ilin birinci rübündə 20 milyon 769 min manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 784 min manat (18,7%) azalıb. Gəlirlərin azalmasının əsas səbəbi əsas əməliyyat gəlirlərinin azalmasıdır. Belə ki, şirkətin əsas əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nəzərən 11 milyon 675 min manat (46,2%) azalaraq 13 milyon 608 min manata düşüb.
Şirkətin gəlirləri kəskin azalma göstərsə də, xərclər elə də azalmayıb. Birinci rübdə şirkətin xərcləri 17 milyon 156 min manat olub ki, bu da, illik müqayisədə 2 milyon 820 min manat (14,1%) azdır.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 3 milyon 613 min manat, ödənilmiş mənfəət vergisinin həcmi isə 722 min 660 min manat olub. İllik müqayisədə maliyyə mənfəəti 1 milyon 963 min manat (35,2%), ödənilmiş mənfəət vergisi isə 392 min 670 manat (35,2%) azalıb. Nəticədə şirkət birinci rübdə 2 milyon 891 min manat xalis mənfəət əldə edib ki, bu da, illik müqayisədə 1 milyon 571 min manat və ya 35,2% azalma deməkdir.
Bu ilin birinci rübünün sonunda şirkətin cəmi aktivlərinin həcmi 82 milyon 322 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 7 milyon 810 min manat və ya 8,7% azalma deməkdir.
Şirkətin öhdəliklərinin həcmi isə ötən ilin sonuna nəzərən 2 milyon 701 min manat (4,4%) azalaraq 58 milyon 216 min manata düşüb.
Hesabat dövrünün sonunda şirkətin cəmi kapitalı 24 milyon 106 min manat olub. Bu da, 2025-ci ilin sonuna nəzərən 5 milyon 110 min manat (17,5%) azalma deməkdir.







![“Qala Sığorta”nın mənfəəti azalır – [red]AKTİVLƏR VƏ KAPİTAL ƏRİYİR[/red] | FED.az](upload/news/small/4070570.jpg)
![“Qala Sığorta”nın mənfəəti azalır – [red]AKTİVLƏR VƏ KAPİTAL ƏRİYİR[/red] | FED.az](upload/news/small/1461973.jpeg)
![“Qala Sığorta”nın mənfəəti azalır – [red]AKTİVLƏR VƏ KAPİTAL ƏRİYİR[/red] | FED.az](upload/news/small/2277973.jpeg)
![“Qala Sığorta”nın mənfəəti azalır – [red]AKTİVLƏR VƏ KAPİTAL ƏRİYİR[/red] | FED.az](upload/news/small/4400542.jpeg)
![“Qala Sığorta”nın mənfəəti azalır – [red]AKTİVLƏR VƏ KAPİTAL ƏRİYİR[/red] | FED.az](upload/news/small/943776.jpeg)








