Azərbaycanın “Qala Sığorta” şirkəti 2021-ci ili 9,373 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 4,4 dəfə çoxdur. 2020-ci ildə şirkətin mənfəəti 2,141 mln. manat olub.
FED.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, ötən il “Qala Sığorta”nın gəlirləri 43,361 mln. manat (illik müqayisədə 20% çox), xərcləri 31,673 mln. manat (5% az), mənfəət vergisi ödəmələri isə 2,315 mln. manat (3,7 dəfə çox) təşkil edib.
Cari ilin yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 52,887 mln. manat olub ki, bu da əvvəlki ilə nisbətən 11,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7,3% azalaraq 33,046 mln. manata düşüb, balans kapitalı isə 67% artaraq 19,842 mln. manata çatıb.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90%-lik səhmdarı) məxsusdur.
(Banker.az)