Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Qala Sığorta” şirkətinin 2021-ci ilin yanvar üzrə əsas maliyyə göstəriciləri açıqlanıb.
FED.az AMB-nin 2021-ci ilin yanvar üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Qala Sığorta” şirkəti tərəfindən 2020-ci ilin yanvar ayında 6,976 mln. manat həcmində sığorta haqı toplamışdırsa, 2021-ci ilin müvafiq dövründə bu rəqəm 1,097 mln. manat və ya 18,7% azalaraq 5,879 mln. manatadək azalıb.
Hesabat dövründə məlum olub ki, yığımlarındakı azalma ilə yanaşı, şirkətin müştərilərə ödədiyi vəsaitlərin həcmində də azalma qeydə alınıb.
Rəsmi hesabata əsasən, müqayisə edilən dövr ərzində şirkətin məcmu ödənişlərinin həcmi 0,057 mln. manat və ya 19% azalaraq 0,298 mln. manat təşkil edib.