“Qala Həyat Sığorta" ASC 2020-ci ili 2,189 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci ilə nisbətən 16,5% azdır.
Ötən il “Qala Həyat Sığorta"nın gəlirləri 17,494 milyon manat (illik müqayisədə 3,8% az), xərcləri 14,515 milyon manat (2,7% az), mənfəət vergisi ödəmələri isə 790 min manat (21,2% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın aktivləri 38,921 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,45 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,8% artaraq 13,243 milyon manata, balans kapitalı isə 9,3% artaraq 25,677 milyon manata çatıb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90%-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik səhmdarı), 10%-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.(report)