Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Həyat sığorta” şirkətinin ödənişləri azalmaqda davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-iyul ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət cari ilin 7 ayı ərzində baş vermiş sığorta hadisələri üzrə ümumilikdə müştərilərinə 1,510 mln. manat həcmində sığorta ödənişi verib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 114 min manat və 7,02% azdır.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-iyul aylarında bu rəqəm 1,624 mln. manat təşkil edib.
Qeyd edək ki, sözü gedən dövr ərzində şirkətin yığımlarının həcmi 10,839 mln. manat olub.