Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Həyat sığorta” şirkətinin ödənişləri azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-may ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət cari ilin 5 ayı ərzində baş vermiş sığorta hadisələri üzrə ümumilikdə müştərilərinə 1,155 mln. manat həcmində sığorta ödənişi verib.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-may aylarında isə bu rəqəm 1,482 mln. manat təşkil edib. Nəticədə, son bir illə müqayisədə “Qala Həyat” sığorta şirkətinin ödənişləri 327 min manat və ya 22,06% azalaraq 1,155 mln. manata enib.
Bununla yanaşı, bu göstərici üzrə şirkətin bazar payında da azalma olub. Belə ki, müqayisə olunan dövrdə şirkətin bazar üzrə məcmu ödənişlərdə xüsusi çəkisi 96,3% bəndi ( təxminən 2 dəfə) azalaraq 0,5%-ə düşüb.