Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Həyat sığorta” şirkətinin ödənişləri azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət cari ilin 10 ayı ərzində baş vermiş sığorta hadisələri üzrə ümumilikdə müştərilərinə 2,396 mln. manat həcmində sığorta ödənişi verib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9 min manat və ya 0,35% azdır.
Qeyd edək ki, sözügedən göstərici üzrə azalma cari ilin yanvar-iyul ayında da baş vermişdir. “Qala Həyat”ın qeyd olunan dövrdə (7 ay) sığorta ödənişlərinin həcmi 114 min manat (7,02%) azalaraq 1,510 mln. manata enmişdir.