Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Həyat” şirkəti cari ilin 10 ayı ərzində müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 2,396 mln. manat həcmində sığorta ödənişi həyata keçirib.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə bu rəqəm 2,405 mln. manat olub ki, bu da illik müqayisədə 9 min manat və ya 0,36% azdır.
Bununla yanaşı, bu göstərici üzrə şirkətin bazar payında da azalma müşahidə olunub.
Belə ki, müqayisə olunan dövrdə şirkətin bazar üzrə məcmu ödənişlərdə xüsusi çəkisi 0,1% bəndi azalaraq 0,6%-ə düşüb.
Qeyd edək ki, Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Həyat” 2010-cu ildən fəaliyyətə başlayıb.
Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.