2024-cü il ərzində Azərbaycanda sığorta ödənişləri təxminən 751 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən müştərilərinə əbn çox sığorta ödənişi edən şirkətlər 418,9 milyon manatla "Paşa Həyat Sığorta" və 141,3 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 53,3 milyon manatı keçib.
“Atəşgah” Sığorta Şirkəti isə ötən il ümumilikdə 29 milyon manata yaxın sığorta ödənişi edib.
"Qala Sığorta"nın ödənişləri isə 17,3 milyon manatı keçib
"Meqa Sığorta"nın ödənişləri isə 15,7 milyon manata yaxınlaşıb.
Hesabat dövrünün nəticələrinə əsasən ən aşağı ödənişlər 256 min manatla "İpək Yolu Sığorta"da olub.