Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Sığorta

  1. Ana səhifə
  2. Sığorta
  1. Sığorta

Mərkəzi Bank sığortada bundan sonra gözlənilən - DƏYİŞİKLİKLƏRİ AÇIQLADI

Mərkəzi Bank sığortada bundan sonra gözlənilən - DƏYİŞİKLİKLƏRİ AÇIQLADI | FED.az
10:00 21 Noy 2022

Azərbaycan Mərkəzi Bankı fiziki və hüquqi şəxslərin sığorta barədə məlumatlandırılmasına yönəlmiş uzunmüddətli layihə həyata keçirir.

Eləcə də bax: İcbari sığortalar üzrə informasiya sistemini məlumatlarla təchiz edəcək qurumlar - MÜƏYYƏNLƏŞİB

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

"Mərkəzi Bank sığorta sektorunun inkişafı üzrə bir neçə layihələri həyata keçirir. Bu layihələrdən biri də əhalinin və sahibkarlıq subyektlərinin risklər və sığorta xidmətlərinin üstünlükləri barədə məlumatlandırılmasıdır. Burada söhbət ilk növbədə vətəndaşların və sahibkarlıq subyektlərinin üzləşə biləcəyi risklər haqqında agah olmasından , habelə sığorta hadisəsi baş verdikdə maliyyə itkisinə məruz qalmamaları üçün onların sığortalanmasının mümkünlüyündən gedir. Bu istiqamətdə işimiz ölkə əhalisini mümkün qədər məlumatlandırmaqdır. Qeyd edim ki, Mərkəzi Bank, İcbari Sığorta Bürosu və Sığortaçılar Assosiasiyası bütün bu komponentləri əhatə edən birgə layihəyə start verib" - deyə o bildirib.

V.Qurbanov qeyd edib ki, bu maarifləndirmə tədbirlərinə başlamazdan əvvəl layihə çərçivəsində müəyyən qrup fiziki və hüquqi şəxslər arasında müvafiq sorğu keçirib.

"Bu iş bizə sığorta və risk məlumatlılığının ilkin qiymətləndirilməsini aparmağa, həmçinin fiziki şəxslərin və sahibkarlıq subyektlərinin məlumatlandırılmasının hansı istiqamətdə davam etdirməli olduğumuzu müəyyən etməyə imkan verdi. Təbii ki, bu layihə mərhələli şəkildə və uzunmüddətli əsaslarla həyata keçirilir", - o deyib.

O, həmçinin bildirib ki, Azərbaycanda daşınmaz əmlakın sığortası həm könüllü, həm də icbari əsaslarla həyata keçirilir.

"Fiziki şəxslərin və sahibkarlıq subyektlərinin daşınmaz əmlakının icbari sığortası ilk növbədə onların maliyyə dayanıqlığının təmin edilməsinə yönəlib. Bundan əlavə, daşınmaz əmlakın sığortası həm yaşayış, həm də qeyri-yaşayış sahələrini əhatə edir. Əhalinin sığorta sektoru haqqında məlumatlandırılması istiqamətində aparılan davamlı işlərin nəticəsində ölkədə daşınmaz əmlakın icbari sığortası sahəsində artım müşahidə olunur. Bununla yanaşı Mərkəzi Bank hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə müxtəlif islahatların aparılması istiqamətində işləri davam etdirir. Həmçinin bu sığorta növü üzrə sığorta müqavilələrinin sığortalılara elektron formada təqdim edilməsini,və proseslərin avtomatlaşdırılmasını təmin etmək üçün İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət qurumlarının elektron informasiya sistemlərinin inteqrasiyası üçün lazımı hüquqi baza formalaşdırılmış. Bu təşəbbüslərin həyata keçirilməsindən sonra biz əminik ki, bu sığorta xidmətinə əlçatanlıq artacaq və sığortalanma prosessləri effektiv şəkildə həyata keçiriləcək ", - V.Qurbanov vurğulayıb.

O xatırladıb ki, 2022-ci il noyabrın 1-dən Azərbaycanda nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi baş verdikdə sığorta ödənişlərinin alınması qaydalarına dəyişiklik edilib.

"Bu sığorta növü üzrə xidmət səviyyəsinin artırılması məqsədi ilə biz müvafiq dəyişikliklər etdik və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minib. Yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, sığorta hadisəsi zamanı zərərçəkmiş şəxs kompensasiyanın ödənilməsi üçün ona zərər vurmuş tərəfin sığorta şirkətinə deyil, özünün sığorta şirkətinə müraciət edir. Bu dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır və onu tətbiq etməzdən əvvəl biz bu yeniliyin bazara necə təsir göstərə biləcəyini diqqətlə təhlil etmişik. Bundan əlavə, sığorta şirkətinin seçilməsi meyarlarını müəyyən etmək üçün Mərkəzi Bankın saytında şikayətlər indeksini dərc etmişik. Bu, həmin sığorta növü üzrə konkret sığorta şirkətinin müştərilərə xidmətinin keyfiyyətini müəyyən etməyə imkan verəcək və vətəndaşların sığorta şirkəti seçməsini asanlaşdıracaq, sığorta şirkətlərinin özləri üçün isə müştərilərə xidmətin təkmilləşdirilməsi üçün əlavə stimul yaradacaq", - deyə o bildirib.

V.Qurbanov, həmçinin bildirib ki, nəqliyyat vasitələri mülki məsuliyyətinin icbari sığortası üzrə Mərkəzi Bank tənzimləmə və idarəetmə üçün yeni yanaşma, qaydalar və mexanizmlər işləyib hazırlayıb.

"nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlərin göstərilməsinin keyfiyyətini artırmaq üçün Mərkəzi Bank yeni qaydalar və idarəetmə mexanizmləri hazırlayıb. Bunlar aşağıdakı risklərə əsaslanır: sürücünün yaşı və təcrübəsi, avtomobilin istismar müddəti, nəqliyyat vasitəsini idarə etməyə icazə verilən şəxslərin sayı, avtomobilin əsasən olduğu ərazi. Həmçinin, sığortalının sığorta tarixini nəzərə alaraq nəqliyyat vasitələri mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablamaqda istifadə olunan bonus-malus endirim sistemini qeyd etmək lazımdır. Əgər sürücü nəqliyyat vasitəsini qəzasız idarə edirsə, ona sonrakı sığorta zamanı bonuslar (endirimlər), sığorta hadisəsi baş verdikdə isə malus tətbiq edilir. Bu sistem hazırda real vaxt rejimində işləyir, yəni sığorta hadisəsi baş verdikdə dərhal günahkar şəxsə malus tətbiq edilir.. Bütün bu işlər üçüncü şəxslərə dəyən ziyanı minimuma endirmək və nəqliyyat vasitələrinin idarəetməsində təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", - deyə o bildirib.

Yekunda V.Qurbanov əlavə edib ki, Mərkəzi Bank sığorta sektorunun inkişafı sahəsində bir sıra islahatlar həyata keçirir.

"Rəqəmsallaşma operativliyi, şəffaflığı artırır, həmçinin proseslərin avtomatlaşdırılmasına gətirib çıxarır. Hesab edirik ki, bu təşəbbüslərin həyata keçirilməsi sığorta xidmətlərinin əlçatanlığını artıracaq. Sığorta sektoru sahəsində digər layihəmiz sığortaşirkətlərinin bazar davranışlarının qabaqcıl beynəlxalq standartlara uyğun tənzimlənməsidir. Həmçinin sığorta hadisəsi baş verən zaman sığortalılarla sığorta şirkəti arasında yaranan mübahisələrin minimuma endirilməsi və problemlərin effektiv tənzimlənməsi layihə çərçivəsində həyata keçiriləcək prioritetlərdəndir. Bu istiqamətdə biz müstəqil ekspertlərin fəaliyyətinin gücləndirilməsi və müvafiq islahatların aparılması, o cümlədən qanunvericilik bazasına dəyişikliklərin edilməsini icra edirik. Layihələrimizdən biri də risk əsaslı tənzimləmə və nəzarətə keçid layihəsdir. Bu layihə daxilində sığortaçıların maliyyə dayanıqlığının ölçülməsinin risk əsaslı meyarlara istinad etməsi, onların korporativ idarəetmə standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması və ictimaiyyətə açıqlanan məlumatların çərçivəsinin beynəlxalq təcrübəyə uyğun təmin olanması əhatələndirilməkdədir.

Biz sığorta şirkətlərinin kadr potensialının gücləndirilməsinə də xüsusi diqqət ayırırıq. Bu istiqamətdə sığorta sahəsində qabaqcıl beynəlxalq tədris qurumları ilə əməkdaşlığımız davam etməkdədir. ", - o vurğulayıb. (Trend)

Banner
Banner
  • Mərkəzi Bank
  • sığorta
  • nəzarət departamenti
  • direktor
  • Vüsal Qurbanov
Paylaş

Digər xəbərlər

"Bakı Sığorta"nın rəhbərliyində - DƏYİŞİKLİK EDİLİB
Sığorta 4 Fev 2023
"Bakı Sığorta"nın rəhbərliyində - DƏYİŞİKLİK EDİLİB
Azərbaycanda kiçik mühərrikli avtomobillərə sığorta qadağası - HƏLL EDİLDİ - VİDEO
Sığorta 4 Fev 2023
Azərbaycanda kiçik mühərrikli avtomobillərə sığorta qadağası - HƏLL EDİLDİ - VİDEO
Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
Sığorta 3 Fev 2023
Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
Sığorta 3 Fev 2023
Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün - DAHA BİR ADDIM
Sığorta 2 Fev 2023
Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün - DAHA BİR ADDIM
“Meqa Sığorta”da - YENİ TƏYİNAT
Sığorta 2 Fev 2023
“Meqa Sığorta”da - YENİ TƏYİNAT
“Naxçıvansığorta”da ötən ili uğursuz başa vurdu – ŞİRKƏT GERİLƏYİB
Sığorta 2 Fev 2023
“Naxçıvansığorta”da ötən ili uğursuz başa vurdu – ŞİRKƏT GERİLƏYİB
“Günay Sığorta” ötən il 2 milyona yaxın pul itirdi – YIĞIMLAR YENƏ AZALDI
Sığorta 2 Fev 2023
“Günay Sığorta” ötən il 2 milyona yaxın pul itirdi – YIĞIMLAR YENƏ AZALDI
Sığorta bazarında agentlərə – DAHA BİR QADAĞA 
Sığorta 2 Fev 2023
Sığorta bazarında agentlərə – DAHA BİR QADAĞA 
Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını - TƏRK EDİB
Sığorta 1 Fev 2023
Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını - TƏRK EDİB
Taleh Kazımov: "İcbari avtosığorta lisenziyasının ləğvi ilə bağlı əlavə müraciət daxil olmayıb"
Sığorta 1 Fev 2023
Taleh Kazımov: "İcbari avtosığorta lisenziyasının ləğvi ilə bağlı əlavə müraciət daxil olmayıb"
İştirakçıların yarısı sığorta attestasiyandan keçə bilmədi - ADLAR
Sığorta 31 Yan 2023
İştirakçıların yarısı sığorta attestasiyandan keçə bilmədi - ADLAR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR ÖLDÜ
    18:16 4 Fev 2023
  • Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”
    13:52 4 Fev 2023
  • Bakıda bu binalar söküləcək - 200-dək ailə köçürülür
    13:34 4 Fev 2023
  • Qeri Cons: "bp SOCAR-la birgə Avropaya qaz nəqlini artırmağın yollarını axtarır"
    13:21 4 Fev 2023
  • Xocalıda şirkət maşını dərəyə aşdı - YARALI VAR
    13:03 4 Fev 2023
  • «Rabitəbank» kartlarında – 5-10%-LİK YENİ KEŞBEKLƏR - SİYAHI
    13:00 4 Fev 2023
  • "Bakı Sığorta"nın rəhbərliyində - DƏYİŞİKLİK EDİLİB
    12:55 4 Fev 2023
  • Medvedev: "Rusiya nüvə silahından istifadə edə bilər"
    12:51 4 Fev 2023
  • “ACWA Power” Azərbaycanda ümumi gücü 2,5 QVt olan iki külək elektrik stansiyası - İNŞA EDƏCƏK
    12:39 4 Fev 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    12:24 4 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    12:23 4 Fev 2023
  • Qlobal ərzaq qiymətləri - 10 AYDIR AŞAĞI DÜŞÜR
    12:20 4 Fev 2023
  • Azərbaycanda kiçik mühərrikli avtomobillərə sığorta qadağası - HƏLL EDİLDİ - VİDEO
    12:08 4 Fev 2023
  • TamGənc kartını ABB-dən - PULSUZ ƏLDƏ ET!
    12:00 4 Fev 2023
  • Avropada 50 bankomatı partladan qrup – ƏLƏ KEÇİRİLİB
    11:59 4 Fev 2023
  • Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
    11:52 4 Fev 2023
  • “Skaz Autohouse” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:47 4 Fev 2023
  • “Cash by Code” xidməti - YELO MOBİL TƏTBİQİNDƏ
    11:41 4 Fev 2023
  • SOCAR və TPAO daha bir sahədə - ƏMƏKDAŞLIQ EDƏCƏK
    11:37 4 Fev 2023
  • "Azma Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB -SƏBƏB
    11:34 4 Fev 2023
  • Naxçıvan Maliyyə Nazirliyində - YOXLAMA BAŞLAYIB
    11:32 4 Fev 2023
  • "Aklab Baku" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:28 4 Fev 2023
  • Gürcüstanda da - ÇÖRƏK BAHALAŞDI - STATİSTİKA
    11:25 4 Fev 2023
  • Bakı Metropoliteni – TENDER ELAN ETDİ
    11:20 4 Fev 2023
  • Azərbaycanda 18 min nəfərin ürəyi tibbi sığorta ilə - PULSUZ ƏMƏLİYYAT EDİLİB
    11:19 4 Fev 2023
  • Daşkəsən dəmir filizi yataqlarının - Rezervi Ciddi Artırılıb
    11:14 4 Fev 2023
  • Xətaidə yarımstansiyaların birindən 74 min manatlıq avadanlıq oğurlanıb
    11:13 4 Fev 2023
  • "Instagram"da mavi işarə - ÖDƏNİŞLİ OLACAQ
    11:03 4 Fev 2023
  • Pensiyaların artması üçün yenilik edilir - QANUNA DƏYİŞİKLİK
    10:56 4 Fev 2023
  • Dövlət Məşğulluq Agentliyi – TENDER ELAN ETDİ
    10:55 4 Fev 2023
  • Sumqayıtda gediş haqqının 20 qəpik artırılması ilə bağlı - AÇIQLAMA
    10:50 4 Fev 2023
  • Bakıdakı bu "Asan Xidmət"ə təmizlik xidmətinə 200 min manat xərclənəcək - TENDER NƏTİCƏSİ
    10:47 4 Fev 2023
  • Güclü qar Şamaxıda yolları bağlayıb – VİDEO
    10:47 4 Fev 2023
  • ABŞ rəsmisindən Türkiyə banklarına - XƏBƏRDARLIQ
    10:43 4 Fev 2023
  • “Azərişıq”dan –TENDER ELANI
    10:37 4 Fev 2023
  • ABŞ ilk dəfə olaraq rusiyalılardan müsadirə etdiyi aktivləri - UKRAYNAYA VERİB
    10:37 4 Fev 2023
  • Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər - TƏŞKİL EDƏCƏK
    10:33 4 Fev 2023
  • Aİ Rusiya neftinin - Tavan Qiymətini Müəyyənləşdirib
    10:30 4 Fev 2023
  • Meşələrin İnkişafı Xidməti - BÖYÜK TENDER ELAN ETDİ
    10:26 4 Fev 2023
  • “AzerGold”da müşavirə keçirilib
    10:26 4 Fev 2023
  • Özü yox, qiyməti göz yaşardır - VİDEO
    10:22 4 Fev 2023
  • Neft 2 dollardan çox ucuzlaşıb - SON QİYMƏT
    10:20 4 Fev 2023
  • "Digah Broyler" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    10:17 4 Fev 2023
  • Azərbaycanda partlayıcı maddələrin istehsalı zavodu tikiləcək
    10:12 4 Fev 2023
  • "Euro Holding" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    10:09 4 Fev 2023
  • Şadlıq sarayları qiymətləri artırdı - VİDEO
    10:07 4 Fev 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 4 Fev 2023
  • "Nort Vest Konstrakşn" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:49 4 Fev 2023
  • "Sahil Trading" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ -SƏBƏB
    09:42 4 Fev 2023
  • İcra Hakimiyyəti bayram tədbirlərinin keçirilməsi ilə bağlı – TENDER ELAN EDİR
    09:34 4 Fev 2023
  • "Kristal CF" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:25 4 Fev 2023
  • Bu şirkət nizamnamə kapitalını 750 min manat azaltdı
    09:20 4 Fev 2023
  • Yaşıllıqların salınması işləri ilə bağlı –TENDER ELANI
    09:10 4 Fev 2023
  • "Chameleon Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:05 4 Fev 2023
  • Daxili Qoşunlar Baş İdarəsi – BÖYÜK TENDER ELAN ETDİ
    08:54 4 Fev 2023
  • Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
    18:26 3 Fev 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:19 3 Fev 2023
  • Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
    18:11 3 Fev 2023
  • Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi - AÇIQLANIB
    18:01 3 Fev 2023
  • Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
    17:57 3 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!