10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Meqa Sığorta" ASC və "Meqa Həyat Sığorta" ASC-nın cəsur əməkdaşları Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüş həyata keçiriblər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yürüşün məqsədi Ulu Öndərin Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlərini yad etmək, onun ideyalarına sadiqliyi nümayiş etdirmək və gənc nəslə vətənpərvərlik ruhunun aşılanması olub. Çətin relyef və yüksək dağ şəraitinə baxmayaraq, yürüş iştirakçıları zirvəyə təhlükəsiz şəkildə qalxaraq, Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, zirvədə Azərbaycan bayrağını qaldırıblar.
Bu yürüş həm fiziki dözümlülük, həm də milli dəyərlərə bağlılıq göstərən layihə kimi yadda qalıb. Yürüşdə iştirak edən əməkdaşların iradə və peşəkarlığını yüksək qiymətləndirərək, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.







![Meqa Sığorta Qrupunun cəsur əməkdaşları Heydər zirvəsinə yürüş - [red]HƏYATA KEÇİRİB[/red] | FED.az](upload/news/small/4540949.jpeg)
![Meqa Sığorta Qrupunun cəsur əməkdaşları Heydər zirvəsinə yürüş - [red]HƏYATA KEÇİRİB[/red] | FED.az](upload/news/small/3006288.jpeg)
![Meqa Sığorta Qrupunun cəsur əməkdaşları Heydər zirvəsinə yürüş - [red]HƏYATA KEÇİRİB[/red] | FED.az](upload/news/small/1963960.jpeg)
![Meqa Sığorta Qrupunun cəsur əməkdaşları Heydər zirvəsinə yürüş - [red]HƏYATA KEÇİRİB[/red] | FED.az](upload/news/small/471320.jpeg)
![Meqa Sığorta Qrupunun cəsur əməkdaşları Heydər zirvəsinə yürüş - [red]HƏYATA KEÇİRİB[/red] | FED.az](upload/news/small/3704894.jpeg)








