“Meqa Həyat Sığorta” ASC-nin gəlirləri bu ilin birinci rübündə 4 milyon 186 min manat olub.
Meqa Həyat Sığorta rəqəmsallaşmağa - DAVAM EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 689 min 515 manat və ya 20% artım deməkdir.
Bu dövrdə şirkətin xərcləri 2 milyon 867 min manat təşkil edib ki, bu da, illik müqayisədə 434 min 106 manat (17,8%) çoxdur.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 1 milyon 319 min manat olub. Ödənilmiş mənfəət vergisinin həcmi 263 min 864 manat təşkil edib. Nəticədə şirkət birinci rübü 1 milyon 55 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 204 min 327 manat və ya 24% artım deməkdir.
Bu ilin mart ayının sonunda şirkətin cəmi aktivlərinin həcmi 40 milyon 379 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 4 milyon 509 min manat (12,6%) çoxdur.
Eyni dövrdə şirkətin cəmi öhdəliklərinin həcmi 23 milyon 274 min manata çatıb ki, bu da, son üç ayda 3 milyon 658 min manat (18,1%) çoxdur.
2026-cı ilin birinci rübünün sonunda “Meqa Həyat Sığorta” ASC-nin cəmi kapitalı 17 milyon 105 min manat olub. Bu, ötən ilin sonuna nəzərən 941 min manat (5,8%) artım deməkdir.











![“Meqa Həyat Sığorta”nın xalis mənfəəti milyon manatı ötdü – [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/3229035.jpg)
![“Meqa Həyat Sığorta”nın xalis mənfəəti milyon manatı ötdü – [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/3333931.jpeg)
![“Meqa Həyat Sığorta”nın xalis mənfəəti milyon manatı ötdü – [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/4740482.jpeg)
![“Meqa Həyat Sığorta”nın xalis mənfəəti milyon manatı ötdü – [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/4805190.jpeg)
![“Meqa Həyat Sığorta”nın xalis mənfəəti milyon manatı ötdü – [red]ŞİRKƏT BÖYÜYÜR[/red] | FED.az](upload/news/small/2953607.jpeg)








