Azərbaycanda sığorta sahəsində maraqlı yenilik tətbiq ediləcək – sığorta hadisələri barədə məlumatlar sığorta şirkətlərinə ötürüləcək.
Sığortada dəymiş zərərin qiymətləndirilməsində - YENİLİK
Bu barədə FED.az-a müsahibəsində İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə tətbiq ediləcək digər mühüm layihələrdən biri vətəndaşın yazılı razılığı əsasında sığorta hadisəsi barədə məlumatların elektron şəkildə sığortaçılara ötürülməsidir.
Başqa sözlə, məsələn avtomobil sahibinin icazəsi ilə onun avtomobili ilə bağlı baş verən qəza barədə məlumat sığorta şirkətlərinə də veriləcək.
«Bu sığortaçılara könüllü sığortalar üzrə risk modelləri hazırlamağa imkan verəcək»-deyə İSB rəhbəri bildirib.
Vüsal Məsiyev : “Sığorta sektoruna yeniliklər gətirməyi hədəfləyirik” - MÜSAHİBƏ