Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində könüllü sığorta bazarı üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində könüllü sığorta üzrə yığımlar 1 milyard 34 milyon 15 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 121 milyon 457 min manat və ya 13,3% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 912 milyon 558 min manat təşkil edib.
Bu dövrdə könüllü sığorta ödənişləri 713 milyon 141 min manat təşkil edib ki, bu da illik müqayisədə 145 milyon 49 min manat və ya 25,5% çoxdur. Ötən ilin eyni dövründə 568 milyon 92 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 69,0% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6,7 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 62,3% təşkil edib.












