Azərbaycanda avtomobillərin icbari sığortasında tətbiq edilən Bonus-Malus sistemində endirimlər 40%-ə çatıb.
FED.az xəbər verir ki, bu, avtomobil sahibləri üçün əla xəbərdir – o deməkdir ki, indiyədək qəza törətməyən sürücülər bundan sonra icbari sığorta haqqının yalnız 60%-ni ödəyəcəklər.
Eləcə də bax: 105 min dollarlıq «Lexus» üçün - 250 MİNLİK ÖDƏNİŞ TƏLƏBİ – MƏHKƏMƏ QƏRARI
Sığorta şirkətəri üçün isə bu əlavə yeni problem deməkdir. Onsuz da icbari sığortadakı zərərliliyin yüksək olduğundan əziyyət çəkən sığorta şirkətləri indi daha az sığorta haqqı toplaya biləcəklər.
Qeyd edək ki, Bonus-Malus sistemi Azərbaycanda 2011-ci ildə «İcbari sığortalar haqqında» qanuna uyğun olaraq yaradılıb. Sadə izahı budur ki, icbari sığortalanan sürücü sığorta dövrü ərzində qəza törətməsə, gələn il onun ödədiyi sığorta haqqı 5% azalır. Qəzasız keçən hər il üçün sığorta haqqı 5% azalır – buna Bonus deyilir. Qəza törədənlər isə növbəti il daha artıq sığorta haqqı ödəyirlər – bu isə Malus adlanır. Bu sistemin məqsədi Azərbaycandı intizamlı sürücüləri mükafatlandırmaq, intizamsızları isə cəzalandırmaq, həm də sığorta şirkətlərini intizamsız sürücülərin zərərindən qorumaqdır.
Bonus-Malus əmsalları maliyyə Nazirliyinin 2011-ci ildə qəbul etdiyi «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası»na uyğun hesablanır.
Adətən Bonus-Malus balları yanvar ayında açıqlanır və artıq ilin əvvəlində sürücülər öyrənə bilirlər ki, növbəti dəfə sığortalananda hansı məbləği ödəyəcəklər.
Sığorta sektorundan FED.az-a verilən məlumata görə, əmsalların tətbiqindən keçən 8 ildən sonra artıq bu ildən intizamlı (yəni qəza törətməyən) sürücülərə tətbiq edilən Bonus güzəşti 40%-ə çatıb. Bu o deməkir ki, həmin sürücülər avtomobillərinə hesablanan sığorta haqqının 40%-ni ödəyəcəklər.
Tanınmış sığorta agenti Şahin İsmayılovun sözlərinə görə, nəticədə mühərrikinin həcmi 2,0-2,5 litr olan avtomobillərin icbari sığrota haqqı 100 manatdan başlayır. Qəzasız sürücülər üçün ötən il bu məblət 65 manat (35% endirimlə) idi, bu il isə 60 manat olacaq (40% endirimlə).
Mühərrikinin həcmi 2,5-3,0 litr olan avtomobillərdə isə normalda sığorta haqqı 125 manatdır. Ötən il 35%-lik endirimlə bu 81 manat olub, bu il isə 40%-lik endirimlə 75 manat olacaq.
Kiçik mühərrikli avtomobillərdə isə sığortpa haqqı daha da azalacaq – 1,5-2,0 litr mühərrikli maşınlarda sığopta haqqı normalda 75 manat təşkil edir, ötən il bu məbləğ 49 manata düşmüşdü. Bu il isə 45 manat olacaq.
Bir daha xatırladaq ki, söhbət intizamlı, yəni bu müddət ərzində heç bir qəza törətməyən sürücülərdən gedir.
İlk baxışdan hər şey qanuni görünsə də, sığorta bazarının iştirakçıları bonusların 40%-ə çatmasının sığorta bazarı üçün yeni problem olduğunu bildirirlər.
«Bu - sığorta şirkətləri üçün əsl problemdir»-deyə Ş.İsmayılov bildirir. Şahin İsmayılovun sözlərinə görə, belə endirimlərin edilməsi sığorta şirkətlərinin yığımlarına mənfi təsir edəcək. Məsələ bundadır ki, hazırda bu sistem yalnız bonus tərəfə işləyir, yəni yalnız intizamlı sürücülər bonus alır. Doğrudur, elə həmin qaydaya görə, intizamsız sürücülərin də sığorta haqları artmalı idi. Nəticədə sığorta şirkətləri intizamlı sürücülərdən itirdikləri sığorta haqlarını intizamsızlardan almalı idilər: «Qəza törədən sürücünün bütün güzəştləri itir. Misal olaraq əgər həmin şəxsin maşının mühərrikinin həcmi 2 litrdirsə, və indiyədək qəzasız sürdüyünə görə, bonus hesabına sığopta haqqı 75 manatdan 48 manata enmişdisə, qəza törədən kimi, bu məbləğ yenidən 75 manata yükslir və bunun üzərinə əlavə 25% məbləğ gəlir. Nəticədə həmin şəxsə 96-97 manat sığopta haqqı hesablanır».
Amma problem ondadır ki, qəza törədən sürücülər növbəti il (yəni daha çox sığorta haqqı ödəyəcəkləri il) avtomobilləri öz adlarına deyil, başqalarının adına sığortalayırlar: «Bonus hissəsi ilə hər kəs bonusu qazanır. Amma qəza törədən sürücülər malusdan asanlıqla qaça bilir. Həmin şəxs növbəti il əlavə ödənişdən qaçmaq üçün maşını başqa şəxsin adına sığortalatdırır. Bununla da malusdan qaçırlar»-deyə Şahin İsmayılov bildirib.
Sığorta mütəxəssisinin sözlərinə görə, bu zaman sığorta şirkətləri həm bonusda , həm də malusda yığmlarından məhrum olur.
Ekspertin sözlərinə görə, malus sisteminə nəzarəti gücləndirmək üçün sığorta avtomobilin sahibinə deyil, avtomobilin özünə yazılmalıdır. Bunla da maşının nömrəsi yoxlanılan zaman bütün məsələ aydın olacaq.
Ş.İsmayılov müqayisə edərək deyir ki, bonus malus sisteminin birərəfli işləməsi sığorta şirkətlərinin bu sahədən yığımlarının sürətlə azaldır: «9 il bundan əvvəl sığorta şirkəti mövcud avtomobil bazasına görə, 100 milyon sığorta haqqı yığırdısa , indi o baza əsasında yığm 60 milyona düşür. Nəticədə sığorta şirkəti yığımında 40 milyon itirir. Bu yığımda pullarının itirilməsi sığorta şirkətlərinin maddi bazasına təsir edir, bu da öz növbəsində ödəmələrə təsir edir. Bunnunla paralel olaraq qəzaların sayı artıdığına və ehtiyat hissələr bahalaşdığına görə, qəza nəticəsində dəymiş ziyanın məbləği də artır. Nəticədə ödəmələr gecikir və problemlər yaranır. Bütün bunlar hamısı bonus-malus istemi ilə əlaqəlidir».
Agent bildirir ki, problemi həll etmək üçün ya Bonus-Malus sistemi ümumiyyətlə ləğv olunmalıdır. Ya da Malus hissəsi ilə bağlı elə bir sistem qurmaq lazımdır ki, heç kəs ondan yayına bilməsin.