Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Xalq Həyat Sığorta” Şirkəti növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin baş ofisindən FED.az saytına verilən məlumata görə, şirkətlərin birində istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində sığortalanan işçi ciddi xəsarət alıb. Hadisə ilə bağlı “Xalq Həyat Sığorta” Şirkətinə məlumat daxil olduqdan sonra şirkətin məsələyə cavabdeh peşəkar komandası dərhal vəziyyəti nəzarətə götürüb. Qanunvericiliyin tələbinə uyğun şəkildə zərərçəkmiş içşinin xəsarət və əlllik dərəcəsi müəyyən edilib.
Nəticədə, “Xalq Həyat Sığorta” Şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə müqaviləsi olan sığorta olunan fiziki şəxsə - yəni müvafiq şirkətin əməkdaşına 80 529.60 manat məbləğində birdəfəlik sığorta ödənişi verilib.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək artıq bir neçə hadisə üzrə “Xalq Həyat Sığorta” Şirkəti tərəfindən iri həcmli birdəfəlik sığorta ödənişləri həyata keçirilir. Şirkət sığorta ödənişlərini operativ qaydada və qanunvericiliyin tələbinə uyğun şəkildə həyata keçirdiyi üçün bazarda yüksək imicə malikdir. Bunun da nəticəsində şirkətdə müştəri məmnuniyyəti səviyyəsi daha yüksəkdir.
Xatırladaq ki, “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə 15 mart 2019-cu il tarixində fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib. Həyat sığortası sahəsində həm icbari həm də könüllü sığorta növü üzrə məhsullar təklif edən şirkət 15 milyon manat nizamnamə kapitalına malikdir. Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan Sığortaçılar Assosiasiyası” və “İcbari Sığorta Bürosu”nun aktiv üzvlərindəndir. Şirkətin təqdim etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir.