“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 09 iyul 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
- Cəmiyyətin Direktorlar Şurasının Əsasnaməsinin təsdiqlənməsi;
- Cəmiyyətin İdarə Heyətinin Əsasnaməsinin təsdiqlənməsi;
- Direktorlar Şurası üzvlərinin digər hüquqi şəxslərdə vəzifə tutması ilə əlaqədar yarana bilən risklərin tənzimlənməsinə dair qaydaların təsdiqlənməsi;
- Mənafe toqquşmalarının tənzimlənməsinə dair qaydaların təsdiqlənməsi;
- Digər cari məsələlər.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarlara təqdim ediləcəkdir. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]