“İpək Yolu Sığorta” ASC-nin gəlirləri bu ilin birinci rübündə 7 milyon 510 min manat olub.
“İpək Yolu Sığorta”nın mənfəəti 1 milyon manatı ötüb - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin xərcləri isə 6 milyon 379 min manat təşkil edib.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 1 milyon 131 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 249 min 686 manat və ya 28,4% çoxdur. Ödənilmiş mənfəət vergisinin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 49 min 937 manat artaraq 226 min 176 manata çatıb. Nəticədə şirkət birinci rübü 904 min 705 manat xalis mənfəətlə başa vurub. Şirkətin xalis mənfəəti 2025-ci ilin birinci rübü ilə müqayisədə 199 min 749 manat və ya 28,4% atıb.
Cari ilin birinci rübünün sonunda ASC-nin aktivlərinin həcmi 21 milyon 432 min manat, öhdəliklərinin həcmi isə 5 milyon 255 min manat olub.
2026-cı ilin mart ayının sonunda “İpək Yolu Sığorta”nın cəmi kapitalı 16 milyon 177 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 201 min manat və ya 1,3% artım deməkdir.











![“İpək Yolu Sığorta” ASC ilə yaxşı başlayıb – [red]XALİS MƏNFƏƏT BİR MİLYON MANATA ÇATIB[/red] | FED.az](upload/news/small/4529402.jpg)
![“İpək Yolu Sığorta” ASC ilə yaxşı başlayıb – [red]XALİS MƏNFƏƏT BİR MİLYON MANATA ÇATIB[/red] | FED.az](upload/news/small/3515057.jpeg)
![“İpək Yolu Sığorta” ASC ilə yaxşı başlayıb – [red]XALİS MƏNFƏƏT BİR MİLYON MANATA ÇATIB[/red] | FED.az](upload/news/small/1825678.jpeg)
![“İpək Yolu Sığorta” ASC ilə yaxşı başlayıb – [red]XALİS MƏNFƏƏT BİR MİLYON MANATA ÇATIB[/red] | FED.az](upload/news/small/252688.jpeg)
![“İpək Yolu Sığorta” ASC ilə yaxşı başlayıb – [red]XALİS MƏNFƏƏT BİR MİLYON MANATA ÇATIB[/red] | FED.az](upload/news/small/1368624.jpeg)








