Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 21 milyon 755 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 498 min manat və ya 13% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında bu göstərici 19 milyon 257min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 793 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta ödənişləri edilməmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib.