Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə bu növ sığorta üzrə yığımlar 34 milyon 182 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 250 min manat və ya 4% çoxdur.
2023-ci ildə bu göstərici 32 milyon 932 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 646 min manat təşkil edib ki, bu da illik müqayisədə 616 min manat və ya 30% çoxdur.
Əvvəlki ilin eyni dövründə 2 milyon 30 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 6% təşkil edib.