Turizm mərkəzləri də müştərilərlə qaynaşır, burada adambaşına gündə cəmi 50-60 manata yaxşı vaxt keçirmək, yeyib-içib əylənmək və dincəlmək mümkündür. Bir sözlə ailə başçıları yaxınlarının qayğısız əyləncəsindən zövq alırlar. Bu isə elə xoşbəxtlik deməkdir.
Amma istənilən hadisə bu xoşbəxtliyi bir andaca poza bilər. Ətrafımızda riskləri saymaqla bitməz - avtomobil qəzası, xəstəlik, ani ürək tutması, hətta əyləncə məkanında alınan zədə insanın həyatını itirməsi və ya ömürlük əlil olması ilə nəticələnə bilər. Sığorta dedikdə, gözümüzün önünə ilk olaraq maşın, ev, daşınmaz əmlak gəlir. Amma ilk növbədə insan üçün ən qiymətli olanı, yəni həyatı qorumaq lazımdır. Elə buna görə də inkişaf etmiş ölkələrdə ən geniş yayılan sığorta növü həyat sığortasıdır.
Epizod 1: İpoteka kreditini qaytara bilməyənlər
Bir qədər əvvəl «PAŞA Həyat Sığorta» kredit götürmüş müştərilərin həyat sığortası üzrə növbəti iri həcmli sığorta ödənişini açıqlayıb. Bankların birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranan problem onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib. Nəticədə sığorta müqaviləsinə əsasən, Paşa Həyat müştərinin 48,7 min manatlıq qalıq borcunu ödəyib. Bir qədər əvvəl isə şirkət ipoteka götürmüş müştərinin vəfat etməsinə görə, onun 44 min manatlıq kredit borcunu bağlayıb.
Təsəvvür etmək belə ağırdır ki, həmin şəxsin həyatı sığortalanmasaydı kredit necə qaytarılacaqdı. Böyük ehtimalla, ipoteka krediti ilə alınmış sadəcə ev ailədən alınaraq bankın mülkiyyətinə keçəcəkdi. Başqa sözlə, ailə başçısının, yaxının itirilməsi ilə yanaşı, ailəyə həm də ağır maddi zərbə də dəyəcək, ailə üzvləri evsiz qalacaqdı. Həyat sığortasının olması ailəni məhz həmin zərbədən qoruyur.
90%-in həyatı sığortalınıb
Avropanın inkişaf etmiş ölkələrində hər 10 ailədən 9-da ailənin bütün üzvlərinin həyatı sığortalanıb. Hətta əksər hallarla bir nəfər bir neçə fərqli sistemə məxsus sığorta polislərinə malik olur. Ümumiyətlə inkişaf etmiş ölkələrdə ailənin gəlirlərinin 15-20%-i sığortaya sərf edilir ki, bunun da təqribən yarısı həyat sığortasının payına düşür. Hər il həyat sığortasına 2-3 min dollar xərclənməsi adi hal sayılır. Məsələn, Almaniyada həyat sığortası o qədər inkişaf edib ki, burada uşaqlar az qala sığortalı doğulurlar. Həyatı sığortalanmayanlar isə faktiki olaraq müflis sayılır.
Bəs həyat sığortası nədən qoruyur?
Həyat sığortası bədbəxt hadisə, yəni ölüm və ya əlillik baş verərkən, ödənilən kompensasiyadır. Bu məbləğ vəft edənin ailəsinə, əlil olanın isə özünə ödənilir. Nəticədə məsələn, başçısını itirən ailə, bu itki ilə yanaşı, həm də maddi çətinliklərə düşmür, uşaqlar təmin olunmuş həyat yaşayırlar. Bunun üçün aylıq əmək haqqından müəyyən məbləğ sığorta şirətinə köçürülür. Vəsaitlər toplanır, müqavilə bitənə qədər hadisə baş verərsə, ödəniş edilir. Hadisə olmadıqda isə müqavilənin sonunda yığılan pul müştəriyə qaytarılır, özü də artıqlamasıyla.
Həm də sərfəli yatırım
Yəni həyat sığortası insanı təkcə risklərdən qorumur, həm də yaxşı gəlir gətirən yatırımdır. Məhz buna görə, avropalılar yığım sığortasından 90% hallarda gələcəyə yatırım, cəmi 10% halda isə risklərdən qorunma kimi baxırlar. Doğrudan da, söhbət həmişə pis hadisələrdən getmir – toy, övladın universitetə qəbul olunması, avtomobili yenisi ilə əvəz etmək, yeni ev almaq və s. üçün də pul lazımdır. Əvvəlcədən bağlanan sığorta müqaviləsi bu işlərdə yerinə düşən gəlir gətirir.
Epizod 2: Başçısını itirən ailəyə sığorta dəstəyi
Bir neçə gün əvvəl respublikanın magistral yollarının birində baş verən avtomobil qəzasında gənc ailə başçısı həyatını itirib. Yolun kənarındakı maneələrə çırpılaraq parçalanan maşından heç kim sağ çıxmayıb. Evdar qadının və kiçik yaşlı övladın olduğu ailə əsl faciə yaşayır. Ona görə də sığorta şirkətindən gələn zəng və ödəniş olunacağı barədə məlumat ailə üzvlərini heç maraqlandırmayıb. Yalnız mərhumun dostları maraqlandıqda məlum olub ki, bir qədər əvvəl ailə başçısı öz avtomobilini kasko sığortası ilə sığortalayıb, sığopta şirkəti də həmin hadisəyə və maşının yararsız hala düşməsinə görə, mərhumun ailəsinə təqribən 65 min manat sığopta ödənişi edəcək. Bu məbləğ, hətta ondan 10 dəfə artıq olsa belə, gənc ailənin faciəsini, ailə başçısının itirilməsini, neçə-neçə arzuların bir andaca məhv olmasını, körpə qızın atasız böyüyəcəyini, ailənin ağır bir gələcək qarşısında olması faktını zərrə qədər də dəyişmir. Bununla yanaşı, məhz ödənilən məbləğ ağır gələcəkdə ailənin çətinliklərini azalda, onların normal dolanışığını təmin edə bilər.
Ailələrin 95%-i birbaşa atadan asılıdır
Bu və yuxarıdakı misal, həyat sığortasının xüsusilə ailə başçıları üçün nə qədər vacib olmasının göstəricisidir. İstənilən ailənin özünün gələcək planları və arzuları var. Övladların sağlam böyüyüb təhsil alması, ailə qurması və s. Bu arzuların reallaşmasında bütün yük ailə başçısının - atanın üzərinə düşür. Araşdırmalar göstərir ki, Azərbaycan ailələrinin 95%-nin rifahı birbaşa ailə başçısından, atanın durumundan asılıdır. Onunla bağlı hər hansı bədbəxt hadisə, bu arzuların puç olmasıdır. Ailə müənəvi zərbəbdən əlavə, həm də ağır maddi sıxıntılarla da üzləşir, bir andaca müdafiəsiz qalır, yoxsulluğa yuvarlanır, başqalarına möhtac olur.
Uşaqlara nə saxlayaq – ev, qızıl, yoxsa sığorta?
«Birdən nəsə olar…»… Ailə başçılarını narahat edən məsələlər, ağıllarınan keçən risklər minlərlədir. Özü də bu narahatlığın böyük hissəsi ailə, onun gələcəyi üçündür. Əlbəttə bu rsklərin qarşısını almaq mümkün deyil, amma onlaın gətirdiyi problemləri yüngülləşdirmək olar. Bəziləri gələcək üçün ehtiyatı indidən görür, əmlak, ev, obyekt, qızıl, daş-qaş alır, bankda övladlarının adında pul saxlayır və s. Bunların hamısı ehtiyat tədbirləridir. Amma bunu yalnız imkanı olanlar edə bilir. 50-60-100 min manata obyekt almağa, banka pul toplamağa imkan olmayanlar bunları edə bilməzlər.
Bu mənada «Ailəmin PAŞA Güvənliyi» sığortasını bütün təbəqələrdən olanlar üçün ən sərfəli imkan saymaq olar. Təsəvvür edin, ayda cəmi 20 manatdan başlayan sığorta haqqı ödəməklə ailənin gələcəyini sığortalamaq mümkündür. Nəinki sığortalamaq, hətta bir hadisə olarsa ailəyə çatan pulu, onun necə verilməsini də sifariş etmək olar. Təbii ki, sığorta haqqı bir sıra məsələlərdən, o cümlədən insanların yaşından asılıdır.
Ayda cəmi 50 manat ödəməklə rahat yata bilərsiniz
Ayda 20 manatlıq məbləğ əslində minimum məbləğdir və daha çox reklam üçün istifadə olunur. Ailənin normal yaşayışını təmin etmək üçün ayda 40-50 manat, hətta imkan varsa 100 manat ödəmək daha yaxşıdır. Oxucularımızda tam təsəvvür yaratmaq üçün sığorta haqqı və onun müqabilində ödəniləcək ödənişləri cədvəl şəklində göstəririk. Söhbət istənilən səbəbdən ölüm, bədbəxt hadisə nəticəsində 1-ci qrupp əlillik və s. zamanı ailənin gələcəyini təminatından gedir. Cədvəldən hər şey aydındır.
Müştərinin yaşı | Aylıq sığorta haqqı | Ödəniləcək məbləğ | Sığorta haqqı | Ödəniləcək məbləğ |
35 yaş | 50 manat | 70 812 manat | 100 manat | 141 624 manat |
40 yaş | 50 manat | 56 056 manat | 100 manat | 112 111 manat |
45 yaş | 50 manat | 40 465 manat | 100 manat | 80 931 manat |
50 yaş | 50 manat | 27 832 manat | 100 manat | 55 665 manat |
Sığorta məbləği müştərinin yaşı, sağlamlıq vəziyyəti, nə qədər riskli hayat tərzi keçirməsindən və digər məsələlərdən asılıdır. Sığorta haqqını həm aylıq, rüblük, illik, həm də ümumiyətlə birdəfəlik ödəmək olar. Hadisə baş verəndə də ödənişi həm birdəfəlik, həm də hissələrlə almaq olar. APG məhsulu üzrə təminat 60 min manat və ya 30 min dollara qədər olduqda müştəriən tibbi müayinədən keçmək təlıb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500 min manat və ya 250 min dollardır.
Yuxarıda turizm mərkəzini əbəs yerə xatırlatmadıq, orada bir nəfər üçün bir günlük əyləncəyə xərclənən vəsait qədər pulu sığortaya xərcləməklə bir hadisə olacağı təqdirdə ailənin normal həyatını təmin etmək olar.