İş həyatı içində hər kəs müxtəlif etirazlarla və tələblərlə mütləq qarşı-qarşıya gəlir. Bu etiraz və tələblər çox haqlı əsaslarla olduğu qədər, həmkarlar arasında gülümsəmələrə belə səbəb olur. Ancaq güman edirəm ki, sığorta sektorunda yaranan bu tip hallar digərlərindən daha fərqlidir.
Bunun ən böyük səbəbi, əslində sığorta sisteminin işləmə prinsipi mövzusunda məlumatsızlıqdan irəli gəlməsidir. İkinci səbəb, satış nümayəndələri (sığorta agentləri) tərəfindən tam və düzgün məlumatların hər zaman verilməməsindən irəli gəlir. Üçüncüsü isə sui-istifadə cəhdləridir, yəni bu sistemin sanki bir qazanc təmin etmək üsulu kimi izah edilməsidir.
On üç ildir çalışdığım sığorta sahəsində qarşılaşdığım bəzi etiraz və tələblərdən yola çıxaraq sistemin fəaliyyətini izah etməyə çalışacam.
Bu qədər tədbir gördükdən sonra sığortaya nə ehtiyac var?
Sığorta fəaliyyəti bir risk idarə etmə işidir. Bunun üçün də əvvəlcə gələcəkdə baş verə biləcək risklərin nələr ola biləcəyi müəyyən edilir. Daha sonra bu risklərin əmələ gəlməsini qarşısını alacaq tədbirlər müəyyən olunur. Bu məqamda sığortalıya bu analiz barəsində məlumatlar verilir. Yanğın söndürən balonlarının olması, həyəcan siqnalı sisteminin quraşdırılması və sair kimi tövsiyələr olunur. Bunun səbəbi, qəza baş verdikdən sonra onun bərpa edilməsi deyil, o qəzanınəmələ gəlməsinin qarşısının alınmasıdır.
Alınacaq bütün tədbirlərə baxmayaraq, o zərərin yaranma ehtimalı sıfırlana bilməz. Məhz sığorta bu nöqtədə dövrəyə girir. Siz əmlak sahibi olaraq onu qoruyacaq tədbirlərinizi mütləq alın ki, bütün tədbirlərə baxmayaraq ziyanın yaranması halında sığorta zərəri ödəsin. Yoxsa baş vermə ehtimalı çox yüksək olan bir riskin altına heç kim girmək istəməyəcəyi kimi, sığorta şirkəti də oxşar münasibət göstərəcək və sığorta etməyəcək. Beləliklə, sığorta sistemi, sığortalının məruz qalacağı riskləri və itkiləri azaldacaq tədbirlərin bir alternativi deyil, bu tədbirlərdən biridir.
Heç vaxt qəza törətməmişəm, verdiyim pulu geri ala bilərəmmi?
Bir az həqiqətdən uzaq görünsə də, əslində qarşılaşdığımız tələblərdən biridir. Sığorta üçün ödənilən pul, yəni sığorta haqqı, sığorta şirkətindən aldığımız xidmətin əvəzidir. Bu xidmət digər xidmətlər (otel xidməti, bank xidməti, səhiyyə xidməti, və s) kimi ödənişi edən kimi faydası görünən bir xidmət deyil. Bəlkə də bu səbəbdən sığorta müddəti ərzində hadisə törətməyən sığortalılar, sanki, pulu boş yerə ödəmiş hesab edirlər. Təbii ağla da belə bir sual gələ bilər. Sığortalılar, ödədikləri sığorta haqq ilə, özləri üçün baş verə biləcək risklərin, əmələ gətirəcəyi zərərləri sığorta şirkətlərinin üzərinə təhvil vermiş olurlar. Sığorta müddəti ərzində bir hadisə belə baş verməsə də, sığorta şirkətinin bu riski üzərində götürməsi də xidmət göstərmək deməkdir, yəni əslində xidməti davam edirməsi deməkdir.
O qədər pul ödəyirəm, sığorta şirkəti heç olmasa bu ödənişdə kömək etsin
Sığorta üçün ödədiyimiz sığorta haqqı, sığorta şirkətinin üzərinə təhvil verdiyimiz risklərin böyüklüyü və yaranma ehtimalının yüksəkliyi ilə mütənasibdir. Hər şeyi ilə eyni olan 2 binanın, fərqli zəlzələ bölgələrində inşa edilməsi hər iki binanın eyni zəlzələ təminatı üçün ödəyəcəkləri sığorta haqqı fərqli olacaqdır. Yəni 1-ci dərəcə zəlzələ bölgəsindəki bir bina üçün ödəniləcək sığorta haqqından, 4-cü dərəcə zəlzələ bölgəsindəki bina üçün ödənəcək sığorta haqqı daha yüksək olması təbiidir.Yəni ödədiyimiz pullar, sığorta şirkətinin üzərinə götürdüyü riskin əvəzidir. Bu halda, sanki sığorta şirkətinə əvəzsiz bir pul verilmiş, sığorta şirkəti də bunun qarşılığında bir jest etməlidir kimi bir fikir əmələ gəlməməlidir. Məsələn, evimizin ya da iş yerlərimizin təmiri üçün xərcimiz lazım olan pulun, sığorta şirkəti ilə heç bir əlaqəsi yoxdur. Çünki ortada sığorta hadisəsi ilə əlaqəli heç bir hal baş verməyib.Və ya tibbi sığortası olan bir estetik əməliyyatı üçün sığorta şirkəti tərəfindən ödənişlə təmin olunmasını gözləməməlidir. Sığorta şirkətləri də bu kimi tələblərin heç bir qismini belə ödəməli deyil.
Mən dürüst davrandım və həqiqəti danışdım, kaş ki fərqli danışsaydım.
Məni ən çox narahat edən etirazların başında bu mövzu gəlir. Sığorta təminatına daxil olmayan bir hadisə baş verəndə, sığorta şirkətinin dəymiş ziyanı ödəməməsi təbiidir haldır. Amma bir təzminat almaq üçün, baş verən hadisənin olduğundan fərqli bir şəkildə izah edilməsi kimi bir fikir tamamilə yanlışdır. Sığortadan sui-istifadələri və ya sığorta dələduzluğu - deyə adlandırılan bu cəhdlər, həm sektoru həm də dürüst sığortalara mənfi təsir göstərir. Bu cür haqsız təzminat almaq yolu ilə gedənlər, sığorta şirkətlərinə ziyan vurduqları qədər, digər sığortalıların sığortaya olan etibarınada zərər vurur. Çünki sistem, toplanmış sığorta haqları ilə yaranan ziyanların ödənilməsi üzərində qurulmuşdur. Bu və buna bənzər suallar olduqca çoxdur. Günümüzdə başda həyatımız olmaq üzrə sağlığımız, evimiz, maşınımız, işimiz, iş yerimiz, kompüterimiz, mağazamız və s. bütün sahib olduqlarımızı sığoratalaya bilərik. Unutmayaq ki, sığortalayırıq ki gələcəkdə başımıza gələcək bir hadisə olarsa kürəyimizi söykəyə biləcək bir güc olsun.
Hər nə olursa olsun dürüstlük hissindən ayrılmamaq lazımdır. Dürüst olmaq bir xidmət növü deyil, hamımızın sahib olması lazım olan bir xüsusiyyətdir.