İcbari həyat sığortasında boşluqlar mövcuddur. Sığorta şəhadətnaməsində sığorta müqaviləsinin qüvvəyə minməsi tarixinin, sığorta ödənişinin ilk ödənildiyi gün kimi qeyd edilməsi sığortalının ödəniş almaması ilə nəticələnə bilir. Bunu sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib.
“İstehsalatda bədbəxt hadisələr və Peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta"sı ilə sığorta olunmuş dövlət müəsisəsinin işçisi ilə həyat sığorta şirkəti arasında müqavilə bağlanır. Müqavilə hadisədən 3 ay qabaq bağlanır. 3 ay sonra bədbəxt hadisə baş verir. Şəxs vəfat edir. Sığorta şəhadətnaməsində sığorta müqaviləsinin qüvvəyə minməsi, sığorta ödənişinin ilk ödənildiyi gün kimi qeyd edilir. Ölənin varisləri sığortaya müraciət edir. Sığorta müqaviləyə əsasən "imtina edir"”,- İlkin İbrahimov bildirdi.
Ekspert əlavə etdi ki, suallar bundan sonra başlayır:
Birincisi, sığorta ödənişini kim gecikdirib? Büdcə təşkilatı olduğundan Maliyyə Nazirliyinə də sual vermək olar. İkincisi səyat sığortası şirkəti "imtina etdiyindən" qanunla bu ödənişi İcbari Sığorta Bürosu (İSB) verməlidir. İSB burada sığorta ödənişini verdikdən sonra subroqasiya (geri tələb etmə) qaydası tətbiq edə bilərmi? Qanunla bəli...”
İlkin İbrahimov təklif edir ki, şəhadətnamədə “sığorta müqaviləsi müqavilənin bağlandığı gün qüvvəyə minir” ifadəsi qeyd edilsə, işçilər üçün əlverişli olar. Çünki büdcə təşkilatının ödənişi geciksə belə mütləq ödənir.