Sığorta

Bu göstərici üzrə “Qala Həyat”ın bazar payı kəskin azaldı – RƏSMİ HESABAT

Bu göstərici üzrə “Qala Həyat”ın bazar payı kəskin azaldı – RƏSMİ HESABAT | FED.az
19:12 25 Fev 2021

Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Həyat sığorta” şirkətinin ödənişlərində və bazar payında azalma qeydə alınıb.

FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət cari ilin yanvar ayı ərzində baş vermiş sığorta hadisələri üzrə ümumilikdə müştərilərinə 226 min manat həcmində sığorta ödənişi edib.

Ötən ilin yanvar ayında isə isə bu rəqəm 394 min manat təşkil edib. Nəticədə, son bir illə müqayisədə “Qala Həyat” sığorta şirkətinin ödənişləri 168 min manat və ya 74,3% azalaraq 226 min manata enib.

Bununla yanaşı, bu göstərici üzrə şirkətin bazar payında da azalma olub. Belə ki, müqayisə olunan dövrdə şirkətin bazar üzrə məcmu ödənişlərdə xüsusi çəkisi 267,5% bəndi (3,7 dəfə) azalaraq 0,4%-ə düşüb.    

Xatırladaq ki, cari ilin yanvar ayında şirkət tərəfindən 794 min manat həcmində sığorta haqqı yığılıb, ötən ilin yanvarında bu rəqəm 669 min manat olub. 

Banner
Banner

Digər xəbərlər