Bir neçə ay əvvəl Bakıda yeni tikilən göydələnlərin birində fəhlələrdən biri yuxarı mərtəbədən yıxılaraq ağır xəsarət almışdı. Hadisə yerinə toplaşanların demək olar ki, hamısı təssüflə fəhlənin və onun qazancdan məhrum olan ailəsinin halına acıyırdılar: «Binanın sahibi bir az pul verəcək, bununla da yardım qurtaracaq, vəssalam». Fəhlənin sığortasının olması barədə soruşanda «yəqin ki yoxdur» deyib dağılışmağa başladılar.
«Bizim işdə təhlükə yoxdur» deməyin
Azərbaycanda hər il yüzlərlə (qeydiyyata düşməyən hadisələri də nəzərə alsaq, bəlkə də minlərlə) insan iş yerində ağır xəsarətlər alır. Bəzən bu xəsarətlər ölümlə, bəzən isə işçinin ömürlük əlilə çevrilməsi ilə nəticələnir. Həyat sığortası şirkəti tərəfindən təqdim olunan faktlar göstərir ki, bədbəxt hadisələrin bir hissəsi ənənəvi olaraq risqli sayılan sahələrdə – neft sektoru, tikinti, zavod və fabriklərdə baş verir. Amma ilk baxışdan təhlükəsiz görünən sahələrdə də çoxsaylı faciələr baş verir.
Sığorta şirkətinin bu barədə hesabatları adamı dəhşətə gətirir – ətrafımızda nə qədər risklər varmış…
Partlayış, yanğın, kranın trosunun qırılması, hündürlükdən yıxılma, işçinin üzərinə ağır əşyaların düşməsi, elektrik cərəyanının vurması və s. kimi hallar işçiləri hər an izləyən faciələrin yalnız bir hissəsidir. Ən xırda ehtiyatsızlıq və ya sadəcə bədbəxt təsadüf faciəyə səbəb olub insanın taleyini tamamilə məhv edə bilər. Özü də təkcə onun yox. Ailəsinin taleyini də.
Cərəyan vuran, ayağı kəsilən, gözü çıxan və avto-qəzada həlak olan işçilər - SIĞORTA HADİSƏLƏRİ
Enerji təchizatı sahəsində fəaliyyət göstərən müəssisənin birində işləyən şəxsi cərəyan vurub tullayıb, ayağı zədələnib, həmin ayağını kəsməli oldular». Sığorta şirkətinin hesabatlarından məlum olur ki, iş yerində ən çox rast gəlinən hadisələrdən biri də elektrik vurmalarıdır. Burada göstərilən şəxsin ayağı kəsildikdən sonra ömürlük əlil olub, həyat sığortası şirkəti ona 54 min manat sığorta ödənişi verib, əlavə olaraq protezin pulu da ödənilib – 1080 manat.
2014-cü ildə montyoru iş yerində elektrik cərəyanı vurub. Nəticədə onun qolu zədələnib və qolunu kəsməli olublar. Əmək qabiliyyətini 80%-ni itirməklə 2-ci qrup əlilə çevrilən şəxsin bəxti onda gətirib ki, həyatı sığortalanıbmış və həyat sığortası şirkətindən 101 min manat ödəniş alıb.
Ən çox və faciəvi hadisələr gəmilərdə baş verir. Məsələn, 2011-ci ildə neft-qaz çıxarma ustası qayığa minərkən suya düşərək ağır kəllə-beyin xəsarətləri alıb. Kəllə sümüklərinin çoxsaylı sınıqları nəticəsində işçi vəfat edib, ailəsinə 45 min manat ödəniş edilib.
Bədbəxt hadisələrin baş verməsi baxımından ən təhlükəsiz sayılan sahələrdən biri də bank sektorudur. Amma bura da təhlükədən hali deyil. İki il əvvəl bankların birinin inkassatoru pulları məntəqəyə çatdıran zaman inkassator maşınının düşdüyü yol qəzasında həlak olub. Başı oturacağın arxasındakı dəmirə dəyən bank işçisi yerindəcə həyatını itirib. 2 azyaşlı uşağı qalan inkassatorun ailəsinə 99 min 570 manat sığorta ödənişi edilib.
2011-ci ildə isə regionda fəaliyyət göstərən televiziyalardan birinin əməkdaşı işlə bağlı ezamiyyətə gedərkən yol nəqliyyat şadisəsi nəticəsində vəfat edib. Ailəsinə 45 min manat ödəniş edilib.
Ətrafımız risklərlə doludur
Sığortaçılar bildirir ki, ilk baxışdan təhlükəsiz sayılan əslində isə risklə dolu olan sahələr kifayət qədərdir. Məsələn, səhiyyə sahəsində-rentgendə işləyənlər şualanma ala bilərlər və onlarda peşə xəstəliyi yarana bilər. Laboratoriya işçiləri isə müəyyən kimyəvi maddələrlə işlədiyindən bu hal onun sağlamlığına mənfi təsir edə bilər. Cərrahlarda və travmatoloqlarda isə tez-tez təkrarlanan stresslər onların psixoloji durumuna təsir edə bilər. Bütün bunlar peşə xəstəliklərinin yaranması üçün səbəb ola bilər.
«Əli-ayağı təmiz» ofis həyat da risklərlə zəngindir. İşin ehtiyacları üçün harasa gedərkən baş verən yol qəzası, hətta iş yerinin pilləkənində sürüşüb zədə almaq, elektri cihazların qoşub ayırarkən cərəyanın vurması – bunlar hamısı sığorta hadisəsi sayılır və həyat sığortası olanlar belə hadisədən çəkdikləri zərəri kompensasiya edə bilərlər.
Təhlükəli peşələr:
Tikintidə ən təhlükəli peşələrdən biri lift ustasıdır. Bunu həyat sığortası şirkətinin qeydləri də göstərir. Belə ki, Bakıdakı tikililərdən birində lift şirkətinin işçisi liftin şaxtasına yıxılıb, aldığı xəsarət nəticəsində 2-ci qrup əlillik alıb. Ona 5 il ərzində hər ay 175 manat olmaqla ümumilikdə 12600 manat ödəniş verilir. Digər lift ustasının taleyi daha faciəvi olub. Liftin şaxtasına yıxılaraq ölən işçini ailəsinə 30 min manat ödəniş verilib.
Ən təhlükəli sahələrdən biri də tokar və dülgər çalışanlardır. Bu şəxslər kəsici dəzgahlarla işlədiklərinə görə, adi ehtiyatsızlıqdan və ya təsadüfdən istənilən an ciddi zədə alıb, əmək qabiliyyətini itirə bilərlər. Ötən il baş verən hadisə buna sübutdur. Belə ki, zavodların birində tokarda çalışan operator əlini zədələyərək 2-ci qrup əlil olub və ona da sığorta ödənişi kəsilib.
Ən təhlükəsiz sahə budur?!
Yuxarıda sadaladıqlarımız bədbəxt hadisələrin ən tez-tez baş verdiyi sahələrə aiddir. Amma məsələ bununla bitmir. Həyat sığortası şirkətinin əməkdaşı Zaur Aslanov bildirir ki, hətta ilk baxışdan təhlükəsiz görünən iş yerlərində də necə ağır və faciəvi hadisələr baş verə bilər. Bu hadisələr işçilərin ağır xəsarət alması, iş qalibiyyətini itirməsi, bəzən isə ölümü ilə nəticələnir.
Təhlükəli müəllim peşəsi: Şagird təpik zərbəsi ilə Taekvan-do müəlliminin böyrəyini salıb
Nə qədər qəribə görünsə də, təhlükəli peşələrin və iş yerlərinin sırasına müəllimliyi və məktəbləri də əlavə etmək olar. Bunu faktlar deyir. 2015-ci ildə Gəncə Dövlət Universitetinin müəllimi peşə xəstəliyi ilə bağlı həyat sığortası şirkətinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, müəllimin boğaz qırtlağının iki tərəfinin parezi (iflici) baş verib. «Yəqin ki, bunun səbəbi tələbələrə dərsi izah edərkən yüksək səslə danışmaq olub»-deyə sığorta şirkətində məsələni izah edirlər. Nəticədə müəllim əmək qabiliyyətinin 60%-ni itirib, ona 22 min manat birdəfəlik ödəniş edilib.
Müəllimlərlə bağlı bir qədər qəribə hadisə də Gəncədə baş verib. Taekvando müəllimi şagirdinə məşq keçəndə, şagirdin təpik zərbəsi nəticəsində (taekvando idman növündə zərbələrin 80%-i ayaqla vurulur) müəllimin böyürəyi düşüb. Əmək qabiliyyətini 60% itirən müəllim 2-ci qrupp əlilə çevrilib və ona 30 min manat ödəniş edilib.
Geyim mağazasında faciə
Bu qəbildən ən gözlənilməz hadisələrdən biri Bakıda, geyim mağazalarından birində baş verib. Xanım satıcı alıya təqdim etdiyi köynəyin çəkmə qıyılının («zamok») xarab olduğunu görərək onu özü düzəltməyə çalışıb. Onu bıçaqla düzəltmək istəyəndə əlindən çıxan bıçaq gözünə dəyib və ağır xəsarət alıb. Qanuna görə, işçi öz işinin mənayefinə görə, fəaliyyət göstərirsə və bu zaman xəsarət alıbsa, ona sığorta haqqı ödənilməlidir. Əgər xəsarət nəticəsində xanım satıcı əmək qalibiliyyətini birdəfəlik itirsə, 25-30 min manat arasında ödəniş alacaq.
Sığorta belə hallarda köməyə gəlir
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi halından sığorta» işçiləri məhz belə hallardan sığortalayır. Sığortanın olması işçini və onun ailəsini bədbəxt hadisədən olmasa da, onun ağır iqtisadi nəticələrindən qoruya bilir. Başqa sözlə, sığorta ödənişi ailənin kəsilən gəlirini əvəz edir.
Aşağıda sizə iş yerində baş verən ən müxtəlif bədbəxt hadisələrdən bəhs edəcəyik. Bu hadisələrdən bəziləri ilə adi həyatda rastlaşsaq da, bəzi hadisələr inanılmazdır. Və bu işçiləri gözləyən təhlükənin böyüklüyünü, sığortanın isə vacibliyinin sübutudur.
Xəsarətlər necə müəyyən olunur?
Qanunvericilikdə bədbəxt hadisə zamanı dəyən xəsarətlərin necə müəyyən olunması və bunlara görə sığorta ödənişinin necə hesablanması aydın göstərilib. Qaydalara görə, iş qabiliyyətinin 85-100%-ni itirən şəxs 1-ci qrup əlil, iş qabiliyyətinin 70-80%-ni itirən şəxs 2-ci qrupp əlil, əmək qabiliyyətinin 50-65%-ni itirən şəxs isə 3-cü qrupp əlil sayılır. Əgər işçi xəsarət alaraq əlilə çevrilirsə ödəniş ona verilir, işçinin həlak olduğu halda isə ödənişlər onun ailəsinə çatır. Ödənişin məbləği isə bir neçə məsələdən asılıdır. Bunlar işçinin yaşı (cavan olduqca ödəniş böyük olur), işçinin maaşı (maaş yüksək olduqda ödəniş də artır), eləcə də işçinin azyaşlı övladlarının sayıdır (az yaşlı övladlar artdıqca ödəniş də böyük olur).
Bu növ sığorta təkcə işçilərə yox, sahibkarlara da lazımdır
Şirkət rəhbərləri, iş adamları, adi sahibkarlar xəbərsizdirlər ki, bu sığorta ilə işçilərini, onların ailə və övladlarını necə böyük bəlalardan qoruya bilərlər. Üstəlik özlərini də. Məsələ bundadır ki, iş yerində, istehsalatda işçinin başına gələn istənilən hadisəyə görə, onun işlədiyi təşkilat və ya şirkət məsuliyyət daşıyır. Hadisədən sonra işçinin, və ya o həlak olarsa onun ailəsinin problemlərini həll etmək də, şirkətin üzərinə düşür. Belə vəziyyətdə adı çəkilən sığorta hər iki tərəfə hava-su kimi lazımdır.
Nəhayət, qeyd edək ki, Azərbaycanda işçilərini icbari sığortalamayan şirkətlər və sahibkarlar üçün yüksək cərimələr var. cərimənin məbləği fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 5000 manat nəzərdə tutulub.
Bəs işçiləri sığortalamaq neçəyədir? – QİYMƏTLƏR
Ən maraqlısı odur ki, işçiləri bu hadisələrdən sığortalamaq qətiyyən baha deyil. Həm baş verən hadisənin ağırlığını nəzərə alanda, həm də ümumiyyətlə sığorta tariflərinə baxanda, hətta bir qədər qəribə görünür ki, belə ağır hadisələrdən belə kiçik məbləğlərlə qorunmaq olar. Müxtəlif peşələrdə çalışan işçilər üçün sığorta haqlarının məbləğini təqdim edirik.
İş yeri |
İşçinin vəzifəsi |
Aylıq əmək haqqı |
İllik sığorta haqqı |
Topdan satış şirkəti |
ekspeditor |
600 Azn |
36 Azn |
sürücü |
600 Azn |
36 Azn |
|
Plastik qapı-pəncərə sexi |
fəhlə |
500 Azn |
84 Azn |
usta |
800 Azn |
134,4 Azn |
|
Tikinti şirkəti |
fəhlə |
500 Azn |
120 Azn |
krançı |
600 Azn |
144 Azn |
|
Şəhərdaxili marşrut |
avtobus sürücüsü |
600 Azn |
108 Azn |
Şəhərlərarası marşrut |
avtobus sürücüsü |
600 Azn |
108 Azn |
Ofis işi |
İT mütəxəssis |
800 Azn |
19,2 Azn |
Hotel |
qeydiyyatçı |
300 Azn |
18 Azn |
belboy |
300 Azn |
18 Azn |
|
ofisiant |
300 Azn |
18 Azn |
|
Ərzaq mağazasında |
satıcı |
400 Azn |
24 Azn |
Zərgərlik məmulatları mağazası |
satıcı |
500 Azn |
30 Azn |
Avtomobil hissələri mağazası |
satıcı |
500 Azn |
30 Azn |
Avtoyuyucu |
Yuyucu |
450 Azn |
27 Azn |
Özəl tibb müəssisəsi |
Həkim |
700 Azn |
16,8 Azn |
Tibb bacısı |
450 Azn |
10,8 Azn |
|
Laborant |
550 Azn |
13,2 Azn |
|
Kafe |
Aşpaz |
750 Azn |
45 Azn |
Ofisiant |
350 Azn |
21 Azn |
|
Özəl təhsil müəssisəsi |
müəllimə |
400 Azn |
9,6 Azn |
katibə |
350 Azn |
8,4 Azn |