Mərkəzi Bank “AzSığorta” ASC-yə, “Qala Sığorta” ASC-yə və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncamın verilməsi barədə məlumat yayıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “AzSığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “AzSığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Qala Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Qala Sığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan monitorinq zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi ilə əlaqədar olaraq həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsi əsasında icrası məcburi göstəriş verilmişdir.