Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar və ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 545 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 373 min manat və ya 8% azdır.
2023-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 4 milyon 918 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 250 min manat təşkil edib ki, bu da illik müqayisədə 43 min manat və ya 15% azdır.
Əvvəlki ilin eyni dövründə 292 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 5,5% təşkil edib. Zərərlilik göstəricisi son 0,4% azalıb. 2023-ci ilin eyni dövründə də zərərlilik göstəricisi 5,9% təşkil edib.