Azərbaycanda son illərdə ard-arda baş verən yanğınlara ardından daşınmaz əmlakın könüllü sığortası qismən kiçilsə də, icbari sığortada artımlar baş verib.
Eləcə də bax: Yollarda avtomobillərin kəskin artmasına baxmayaraq KASKO alanlar cüzi - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, ilin ilk on ayında bu bazarın (könüllü və icbarisi) 100.7 mln. manata çatıb. Bu öncəki il 84.16 mln. manat idi.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkənin könüllü olaraq daşınmaz əmlakını yanğın və digər risklərdən qorunmaq məqsədi ilə könüllü sığortalanması 47.07 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2020-ci ilin analoji dövründən 0.37 mln. manat, yaxud 0.8% azdır. Banker.az bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta ödənişləri 2020-ci ilin yanvar-oktyabrında 13.1 mln. manat idisə, bu il 3.71 mln. manat olub. Yəni illik 72% azalmadır. Bu da o deməkdir ki, bu bazar sığorta şirkətləri üçün o qədər də yüklü deyil.
Daşınmaz əmlakın icbari sığortası bazarı isə, son ildə 46% böyüyüb. Məsələn, 2020-ci ilin ilk on ayında ölkədə bu icbari sığorta üzrə 36.72 mln. manat sığorta haqqı yığılmışdı, 2021-ci ildə isə bu rəqəm 53.6 milyon manata yüksəlmişdir. Cari ildə nümayiş edilən artım öncəki ildən 16.87 mln. manat və ya 46% çoxdur.
İcbari daşınmaz əmlakın sığorta üzrə şirkətlərin hadisələrə ödənişlərinin həcmi də kiçilmişdir. 2020-ci ilin ilk on ayında 3.63 mln. manat olduğu halda bu il, bu, 1.53 mln. manat olmuşdu.
Sığorta üzrə ekspert Kamran Babayev Banker.az-a bildirir ki, hazırkı duruma baxdıqda könüllü əmlakın son illərdə stabil olduğunu görünür.
“Daşınmaz əmlakın icbari sığortasında isə artım müşahidə olunur. Buna səbəb aparılan təbliğat işləri və son bir neçə böyük yanğın hadisələridir”- deyə Kamran Babayev bildirir.
Azərbaycanda son illərdə bir neçə dəfə yanğın hadisələri baş verib. Bura həm əhalinin yaşayış və biznes subyektlərini aid etmək olar. Ən önəmli hadisələrə böyük ticarət mərkəzləri olan “Sədərək”, “Binə”, “Diqlas” və “EuroHome” kimi ticarət mərkəzlərini göstərmək olar. Həmin hadisələrdən sonra məlum olurdu ki, biznes subyektlərinin çoxu sığorta müqaviləsi yoxdur.
2017-ci ildən başlayaraq icbari daşınmaz əmlak sığortası üzrə yığımlar artmağa başlayır. Məsələn, 2017-ci ilin yanvar-oktyabrında 21.44 mln. manatlıq icbari sığorta yığılmışdısa, bu bazar 2018-ci ilin eyni dövründə 25.3 mln. manata, 2019-da 30.42 mln. manata və 2020-ci ildə isə 36.72 mln. manata qalxmışdı
“İnsanlar bu hadisələri görüb, sığortalanmağa daha meyilli olurlar”- deyə, K.Babayev deyir.