“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarların növbəti iclası 13.01.2025-ci il tarixdə, saat 16:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küç., 122 “Gümüş Plaza” iş mərkəzində keçiriləcəkdir.
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının növbəti iclasının gündəliyinə - “Azərbaycan Sənaye Sığorta” ASC-nin 2025-ci il üzrə büdcə planının müzakirəsi daxildir.