25 Sentyabr tarixindən "Atəşgah" Sığorta Şirkəti “Hyundai” markalı avtomobillər üçün xüsusi KASKO kampaniyası elan edir!
FED.az xəbər verir ki, ”Hyundai ayı” kampaniyası çərçivəsində müştərilər 1 aylıq 1.99% tariflə sığorta xidmətindən faydalana bilərlər. Xatırladaq ki, bu kampaniya “Hyundai” sahiblərinə avtomobillərini daha sərfəli şərtlərlə sığortalamaq imkanı yaradacaq!
Kampaniyanın şərtləri:
• İstehsal tarixi 2010-cu ildən yuxarı olan “Hyundai” avtomobilləri;
• Elektromobillər və taksi xidməti ilə məşğul olan avtomobillərin iştirakı istisnadır;
• Bazar qiyməti 25,000 AZN-dən yuxarı olan avtomobil sahiblərinə xüsusi hədiyyə təqdim olunacaq.
Kampaniya ilə bağlı daha ətraflı məlumat əldə etmək və ya sığorta məhsulundan faydalanmaq istəyən şəxslər "940" nömrəsi ilə əlaqə saxlaya bilərlər.