“Atəşgah” Sığorta Şirkəti ilk 10 ayda 52 milyon 942 min manat sığorta haqqı toplayıb.
FED.az xəbər verir ki, şirkətin yığımları ötən ilin eyni dövründəki 52 milyon 894 min manatlıq göstərici ilə müqayisədə 48 min manat (0,1%) artıb.
Ödənişlər isə 13 milyon 462 min manat (65%) artaraq 34 milyon 148 min manat olub.
Ötən il ödənişlər 20 milyon 686 min manat olmuşdu.












