3 dekabr tarixində ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkənin aparıcı HR mütəxəssisləri üçün keçirilən süni intellekt təlimi uğurla yekunlaşdı.
FED.az xəbər verir ki, “Süni İntellekt Savadlılığı” proqramı çərçivəsində baş tutan təlimdə müxtəlif dövlət və özəl qurumlardan 100-ə yaxın insan resursları üzrə mütəxəssis iştirak edib. Təlim müddətində iştirakçılar İR proseslərində süni zəkanın tətbiqi, rəqəmsal transformasiya və proseslərin avtomatlaşdırılması sahələri üzrə praktiki bacarıqlar əldə ediblər.
Eyni zamanda “Atəşgah” Sığorta Şirkəti də tədbirdə uğurla çıxış etdi. Şirkətin təqdim etdiyi nümunələr süni intellektin sığorta sektorunda İR proseslərinə inteqrasiya imkanlarını əyani şəkildə nümayiş etdirdi.





![“Atəşgah” Sığorta HR təlimində - [red]UĞURLU ÇIXIŞ ETDİ![/red] | FED.az](upload/news/small/3455616.jpeg)
![“Atəşgah” Sığorta HR təlimində - [red]UĞURLU ÇIXIŞ ETDİ![/red] | FED.az](upload/news/small/2560689.jpeg)
![“Atəşgah” Sığorta HR təlimində - [red]UĞURLU ÇIXIŞ ETDİ![/red] | FED.az](upload/news/small/4402492.jpeg)
![“Atəşgah” Sığorta HR təlimində - [red]UĞURLU ÇIXIŞ ETDİ![/red] | FED.az](upload/news/small/1881447.jpeg)
![“Atəşgah” Sığorta HR təlimində - [red]UĞURLU ÇIXIŞ ETDİ![/red] | FED.az](upload/news/small/554523.jpeg)







