“Atəşgah Həyat” bu ilin ilk 8 ayında 73 milyon 158 min manat sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, şirkətin yığımları illik müqayisədə 15 milyon 625 min manat, yəni 27,1% artıb. Ötən il yığımlar 57 milyon 533 min manat olmuşdu.
Ödənişlər isə 7 milyon 584 min manat (22%) artaraq 42 milyon 33 min manat olub. Ötən il ödənişlər 34 milyon 449 min manat idi.