12 iyul 2019 19:23

“Qala Sığorta”da kadr dəyişikliyi gözlənilmir – ŞİRKƏTDƏN AÇIQLAMA

Bu gün bəzi mətbuat orqanlarında “Qala Sığorta” şirkətində ediləcək kadr dəyişikliyi ilə bağlı həqiqəti əks etdirməyən, təhrif olunmuş informasiya yer alıb.

“Qala Sığorta” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyevin sözlərinə görə, şirkətdə kadr dəyişikliyi ilə bağlı yayılan məlumat tamamilə yalnışdır və Daxili Auditin rəhbərliyində heç bir dəyişiklik gözlənilmir.      

E.Hüseynquluyev bildirib ki, şirkətin əməkdaşı Rauf Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etdiyi attestasiya imtahanından keçib. Bu da öz növbəsində “Qala Sığorta” şirkətinin daxili strategiyasına uyğun olaraq, rəhbər işçilərin kadr ehtiyyat fondunun formalaşdırılması istiqamətində atdığı addımlardan biridir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz