11 iyul 2019 19:53

Paşa Sığorta işçi axtarır – VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya Sistemlərinin İdarə olunması şöbəsində proqramçı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi;
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;
• Yeni proqram təminatının yaradılması, mövcud olan proqram təminatının dəstəklənməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

Bilik və bacarıqlar:

• Tətbiqi riyaziyyat, İnformatika və ya digər texniki ixtisaslar üzrə ali təhsil;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Verilənlər Bazasının İdarəetmə Sistemləri: MsSQL
• C#.Net, ASP.net proqramlaşdırma, HTML, Jquery, CSS-lə işləmək bacarıqları
• Mobil tətbiq üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmək
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.

Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz