26 iyun 2019 14:46

Azərbaycanda könüllü sığorta 17% azalıb, icbari sığorta isə 12% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 212,707 milyon manat sığorta haqqı toplanılıb.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 16,7% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 11,7% artaraq 106,565 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 64,023 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,3% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 7,55% artaraq 29,754 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-may aylarında 27,3 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29 manatdan 27,9 manata düşüb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz