25 iyun 2019 18:18

Azərbaycan sığorta bazarı 9% kiçilib 

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkəti 319,272 milyon manat sığorta haqqı toplayıb. Hesabat dövründə şirkətlərin həyata keçirdikləri məbləğ isə  93,778 milyon manat olub.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki,  ötən ilin analoji dövrü ilə müqayisədə sığorta haqları 9%, sığorta ödənişləri isə 3.7% azalıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz