22 may 2019 20:00

“Rəvan Sığorta” işçi axtarır - VAKANSİYA

“Rəvan Sığorta” ASC  “Qiymətləndirmə və servislərlə iş üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri – Bakı şəhəri
Yaş həddi – 21-35
Təhsil – Ali
Əlaqə nömrəsi: 012-448-33-11
Email: [email protected] 

İş barədə məlumat

- Sığorta obyektinə baxış keçirir və zəzəri müəyyən edilməsi;
- Sığorta predmetinin təmiri ilə bağlı smetanın tutulması;
- Sığorta predmetinin təlimata uyğun bərpa edilmə prosesinə nəzarət edilməsi;
- Zərər dəymiş sığorta predmetinin hadisədən əvvəlki bazar dəyəri və hadisədən sonrakı bazar dəyərinin qiymətləndirilməsi işinin təşkili;
- Təmiri başa çatmış sığorta predmetinin təhvil alınması,servisin təqdim etdiyi yekun qüsur aktının təhlil olunması;
- Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanması  və rəhbərliyə təqdim edilməsi;
- Rəhbərliyin işlə əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;

Namizədə tələblər

- Ali təhsilli;
- Cinsi-Kişi
- Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla
- Xoş xarici görünüş;
- Məsuliyyətli və işində dəqiq;
- Düzgün şifahi nitq qabiliyyəti
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik; 
- Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri – orta.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz