Bu ilin yanvar-mart aylarının nəticələrinə görə Azərbaycanda sığorta yığımları 309,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 161,8 milyon manatla "Paşa Həyat Sığorta" və 114,9 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
"Atəşgah Həyat Sığorta"nın yığımları isə 27,6 milyon manata çatıb.
Qala Sığorta" Şirkətinin ödənişləri 25,2 milyon manata yaxınlaşıb.
“Atəşgah” Sığorta Şirkəti isə 14,8 milyon manatdan çox sığorta haqqı toplayıb.
"Aqrar Sığorta"nın yığımları isə 8,8 milyon manatdan yüksək olub.
“Azərbaycan Sənaye Sığorta” ASC 8,6 milyon manat yığım əldə edib.
“Xalq Sığorta” ASC-nin yığımları 7,6 milyon manata, "Meqa Sığorta"nın yığımları isə 7,5 milyon manata bərabər olub.
İlk onluğun 10-cu pilləsində 6,5 milyon manatla "Qala Həyat Sığorta" şirkəti də yer alıb.