Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan Xalq Sığorta müştəriləri üçün sığorta haqlarının ödənişini daha əlçatan edib.
FED.az xəbər verir ki, artıq siz yaxınlığınızda olan milliön terminallarından istifadə edərək öz sığorta haqlarınızın ödənişini rahatlıqla həyata keçirə biləcəksiniz.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.