FED.az xəbər verir ki, Sumqayıt Texnologiyalar Parkı müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib. Bunlar aşağıdakılardır:
Vəzifənin adı: Metaləritmə zavodu, Təmirçi-çilingər
Vəzifə öhdəlikləri:
• İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir edir.
• Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirir.
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
• Dəzgahların mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir.
• İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir.
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
• Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməlidir.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli.
• Avadanlıqların işində qüsur olduqda,texnoloji rejim pozulduqda,iş yerində bədbəxt hadisə baş verdikdə vaxtında növbə rəisinə, sex rəisinə, onlar olmadıqda isə zavod rəhbərliyinə məlumat verməli.
• Sahədə kənar şəxslərin olmasına yol verməməli.
• İş yerini daim təmiz saxlamalı .
• İşə başlamazdan əvvəl şəxsən iş yerinin vəziyyətini yoxlamalı və avadanlığın sazlığı haqqında sahə rəisinə məlumat verməli.
Təhsil/Təcrübə:
• Orta-texniki təhsil;
• Analoji sahədə azı 1 il iş təcrübəsi;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]
Vəzifənin adı: Metaləritmə zavodu, Çalov təmirçisi
Vəzifə öhdəlikləri:
• Sexdə yerləşən induksion poladəritmə sobalarının, oladtökmə çalovlarının və aralıq çalovların iş səthinin odadavamlı kərpic və beton məhlul ilə hörülüb müəyyən edilmiş rejim üzrə qurudulmasını və ərintiyə hazır olmasını təmin edir.
• Təmir olunmuş poladtökmə çalovlarında şiber avadanlığının quraşdırılmasını, şiber plitələrin və stəkanların hazırlanaraq yerinə yığılmasını təmin edir.
• Hər ərintidən əvvəl sobaların, çalovların və aralıq çalovların hörgüsünün vəziyyətini yoxlayır, çalovun içində donub qalmış metal qırıntısının və ya qopmaların olmamasını yoxlayır.
• Aşkar olunmuş nöqsanlar aradan qaldırıldqdan sonra istifadəyə icazə verir.
• Təmirdən sonra sobanın və çalovların qrafik üzrə qurudulmasını və qurudulma vaxtının qeydiyyatını aparır.
• Təmir sahəsini metal qırıntılarından və tullantılarından təmizləyir.
• Nəzarət-ölçü, qəza xəbərverici və qoruyucu mexanizmlərin siqnallarına diqqət yetirir.
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir.
• Hər müxtəlif markalı və temperaturlu ərintilərin tökülmə xüsusiyyətlərini öyrənir və əməl edir.
• Sıxılmış qaz, oksigen və havadan istifadə qaydalarını öyrənir və əməl edir.
• Sobanı və çalovu təmir edərkən əl elektrik alətlərindən və kərpic kəsən dəzgahdan düzgün istifadə olunmasına nəzarət edir.
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir.
• Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir.
• Təmir zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Növbəni qəbul edən heyət növbənin başlanmasına 15 dəqiqə qalmış iş yerində olmalıdır.
• İşi qəbul edən növbənin çalov və soba təmirçisi və ya köməkçisi işə çıxmadıqda növbəni təhvil verən çalov və soba təmirçisi və ya köməkçisi ən azı 2 saat işdə qalmalı və bu barədə növbərəisinə və ya sex rəisinə məlumat verməlidir.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət etməli.
Təhsil/Təcrübə:
• Orta-texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]
Vəzifənin adı: Metaləritmə zavodu, Gidravlika üzrə usta
Vəzifə öhdəlikləri:
• Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
• Avadanlıqların hidravlika sahəsində baxış, texniki sınaq və profilaktik təmir işlərini təşkil edir.
• Planlı təmir üçün planların təşkilində, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləməni təşkil edir.
• Hidravliki avadanlıqların təmirində, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasında, təmirin keçirilməsində, smeta xərclərinin hesablanmasında, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak edir.
• İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil edir.
• FPTM-də və induksiya sobalarında hidronasos və hidroakumulyator stansiyalarının işini idarə edir.
• Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirir.
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
• Yağ nasoslarının təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin edir.
• Hidravlik sisteminin stabil işini təmin edir.
• Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır.
• Yağ və digər tutumları yağ və işçi mayelərlə doldurur.
• Təkrar soyutma roliklərinin yağlanmasını təmin edir.
• Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir.
• İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir.
• Təmir briqadalarının işçilərinə rəhbərlik edir.
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
• Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir.
• Avadanlıqların işinin yaxşılaçdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
• Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasını, avadanlıqların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılmasını təmin edir.
• Əsas vəsaitlərin inventarizasiyasında iştirak edir, köhnəlmiş avadanlıqların, əsaslı təmir tələb olunan obyektlərin təmirində iştirak edir.
• Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadəni təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir
Təhsil/Təcrübə:
• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]
Vəzifənin adı: Metaləritmə zavodu, Qaz kəsicisi
Vəzifə öhdəlikləri:
• Zavodun ərazisindəki metal şixtənin müəyyən olunmuş ölçülərdə doğranmasını və növbədə FPTM-in qayçısı işləməyən zaman metal pəstahların lazımi ölçüdə kəsilməsini təmin edir.
• Dartıcıdan(zatravka) ayrılmış pəstahın ucunun dərhal kəsilməsini təmin edir .
• İşdən əvvəl kəsici aləti, şlanqları, reduktorları və qaz balonlarını yoxlayır.
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri
həyata keçirir.
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
• Oksigen və propan qazları ilə işləyərkən texniki təhlükəsizlik və
yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir.
• Nasaz və yozlama müddəti ötmüş balonlardan və reduktorlardan
istifadə olunmamasını təmin edir
Təhsil/Təcrübə:
• Orta-texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]
Vəzifənin adı: Metaləritmə zavodu, Növbə rəisi
Vəzifə öhdəlikləri:
• Sexin bölmələri ( briqadalar ) tərəfindən istehsal tapşırıqlarının yerinə yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir.
• Sexdə olan avadanlıqların(sobaların və s.) növbə ərzində işini və yüklənməsini, istehsal hazırlıqlarını qrafik üzrə təşkil edir.
• Sexin enerji növbə ərzində resursları və materiallarla təmin olunmasına nəzarət edir.
• Texnoloji proseslərin düzgün aparılmasına və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət edir.
• Xammaldan, materiallardan, düzgün istifadə olunmasına nəzarət edir, istehsalın gedişinə mane olan əngəlləri aradan qaldırır.
• İstehsalatın planlaşdırılması işində, vaxt normalarının yaxşılaşdırılmasında, iş yerinin attestasiyası və müasirləşdirilməsində, əmək məhsuldarlığının yüksəldilməsi üçün metodların işlənilməsində yaxından iştirak edir.
• Növbə ərzində istehsalat dayanmalarını analiz edir, boşdayanmaların və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak edir .
• Məhsulun iş yerlərində operativ hesabatını və istehsalat tapşırıqlarının yerinə yetirilməsini təşkil edir.
• İşçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət edir və bu qaydaları pozanlara qarşı tədbir görmək üçün sex rəhbəri qarşısında vəsadət qaldırır .
• Sahələrin işinə nəzarət edir və əlaqələndirir.
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
• Avadanlıqların boşdayanmalarının, tez xarab olmasının, qəzaların səbəblərinin araşdırılmasında iştirak edir.
• Təmir işləri aparılan zonanın hasarlanmasına və həmin sahəyə kənar şəxslərin girişinin məhdudlaşdırılmasına nəzarət edir.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadə edilməsinə nəzarət edir.
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir.
• Rəhbərlik etdiyi növbədə dövlət, beynəlxalq və digər standartlara və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almaq.
• İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək.
• Sexdə istehsal qurğularının iş prinsipini,texnoloji sxemi, texnoloji rejim normalarını,avadanlıqların və qurğuların təhlükəsiz istismar qaydalarını bilmək və ona riayət etmək.
• Növbədə baş vermiş qəzaların, bədbəxt hadisələrin, istehsalat zədələnmələrinin səbəbini araşdırmaqda, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsində iştirak etmək.
• İşçilərlə iş yerində texniki təhlükəsizliyə və yanğın təhlükəsizliyinə dair müvafiq təlimatların keçirilməsini təmin edir.
• İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək və istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil;
• Analoji sahədə 5 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]
Vəzifənin adı: Tornaçı
Vəzifə öhdəlikləri:
• İstifadəsinə təyin olunmuş Avadanlığın iş prinsipini və Avadanlığın istifadə qaydalarını bilməli;
• İstifadə etdiyi torna alətlərinin növünü və təyin olunmasını bilməli;
• Torna dəzgahlarına istifadə edəcəyi torna alətlərinin yerləşməsini və ondan düzgün istifadə qaydalarını bilməli;
• Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
• Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
• Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
• İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
• Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı;
• Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
• İş yerini təmiz saxlamalı;
• Işləyərkən əmək təhlükəsizlyi qaydalarına əməl etməli;
• Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilməli;
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
• Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.
Təhsil/Təcrübə:
• Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə
• E-mail: [email protected]
Vəzifənin adı: Metaləritmə zavodu, Poladəridən
Vəzifə öhdəlikləri:
• Sexdə yerləşən induksiya tipli poladəritmə sobalarında poladəritmə prosesinin aparılmasını təmin edir.
• Hər ərintidən əvvəl poladəridənin tapşırığı ilə sobanın içində donub qalmış metal qırıntısını təmizləmək üçün köməkçilərinə tapşırıq verir, yaranmış çuxurları məhlulla doldurur.
• Əritmə üçün sobanın yanına yığılmış metal şixtənin tərkibinə nəzarət edir.
• Nasazlıqlar aşkar olunmazsa növbə rəisinin tapşırığı ilə sobanın içinə metal qırıntılarının doldurulmasına göstəriş verir.
• Metal əridikcə sobanın üzərinə yığılan posanı təmizləyir.
• Soyutma sisteminin və nəzarət ölçü cihazlarının işinə nəzarət edir.
• Sobanın elektrik və istilik rejimini yoxlayır və nəzarət edir.
• Nizamlayıcı və qoruyucu mexanizmlərin siqnallarına və göstəricilərinə nəzarət edir və onlara uyğun hərəkət edir.
• Sobanın vəziyyətinə və elektrik enerjisindən qənaətlə istifadə olunmasına nəzarət edir.
• Ərinmiş metalın lazımi temperatura çatdırılmasını və çalova boşaldılmasını poladəridənin köməkçilərinə tapşırır.
• Metalın əridilməsi üçün lazım olan komponentlərin(antrasit, saflaşdırıcı ferroərintilər və s.) varlığını, ölçülməcini və qənaətli səfriyyatını təmin edir.
• Təmirdən sonra sobanı qəbul edir.
• Təmirdən sonra sobanın qrafik üzrə qızdırılmasını təmin edir.
• İşçilərin xüsusi geyim və FMV-dən istifadə etmələrinə nəzarət edir.
• Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadı olunmamasına əməl edir.
• Sifariş üzrə əridilən metalların növlərini, markalarını və kimyəvi tərkiblərini bilməlidir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirir.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət edir.
• Sahədə kənar şəxslərin olmasına yol verməməli.
• İş yerini daim təmiz saxlamalı .
Təhsil/Təcrübə:
• Ali texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]