STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən həmçinin Georg Fischer-in Azərbaycandakı rəsmi distribyutoru olan STP Polymer şirkəti, sənaye sektorunda qlobal lider kimi tanınan Georg Fischer şirkəti ilə əməkdaşlıq çərçivəsində boru kəməri həllərinə dair bir sıra tədbirlər həyata keçirtdi. Bu tədbirlər sənaye mütəxəssisləri və mühəndislərə boru kəmərlərinin quraşdırılması və təmiri sahəsində ən son texnologiyalarla tanış olmaq imkanlarını yaratdı.
FED.az xəbər verir ki, tədbirlər cari ilin 11 fevral tarixində praktiki təlimi və 12 fevral tarixində elmi-texniki seminarı əhatə etdi. Ümumən tədbirlərə STP Polymer şirkətinin müştəri və tərəfdaşlarından ibarət olan mühəndis və texniki heyəti, eləcə də rəhbər şəxsləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılmışdır.
Praktiki Təlim – 11 fevral: Təlim iştirakçıları elektrofüzyon fitinqləri, qaynaq avadanlıqları və boru kəmərlərinin texniki xidməti sahəsində ən son həllərlə tanış oldu. Eyni zamanda Georg Fischer şirkətinin mütəxəssisləri boru kəməri sistemlərinin davamlılığını və etibarlılığını təmin etmək üçün innovativ təcrübələri paylaşdılar. Təlim STP Şirkətlər Qrupunun iclas zalında, daha sonra isə STP Polymer şirkətinin istehsal sahəsində keçirilmişdir.
Elmi-Texniki Seminar – 12 fevral: Proqramın ikinci günü təşkil olunan seminar sənayedə ən son tendensiyaların və innovativ həllərin müzakirəsi üçün platforma qismində təşkil olunmuşdur. Tədbir iştirakçılarına Georg Fischer tərəfindən qaz və su paylama sistemləri üzrə qlobal təcrübələr haqqında, həmçinin bu sahədə tətbiq olunan yeni texnologiyalar haqqında məlumat verildi. Bundan əlavə, iştirakçılar elektrofüzyon qaynaq texnologiyasının və təzyiq sınaqlarının canlı nümayişlərini izləmək imkanını əldə etdilər. Seminar Sea Breeze kompleksində baş tutmuşdur.
Georg Fischer (GF) – 1802-ci ildə İsveçrədə yaranmış qlobal sənaye şirkətidir. GF üç əsas sektorda fəaliyyət göstərir: GF Piping Systems (boru kəməri həlləri), GF Casting Solutions (əritmə texnologiyaları) və GF Machining Solutions (müxtəlif emal həlləri). 100-dən çox ölkədə təmsil olunan GF dünyada öz sahəsində aparıcı şirkətlərdən sayılır.
STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləməklə əldə edə bilərsiniz.