Bu gün Bakıda işinə başlayan və sentaybrın 27 –dək davam edəcək ADEX-2018 Müdafiə Sənayesi sərgisində yeni silahlar nümayiş olnacaq. FED.az hərbi jurnalist Rəşad Süleymanova istinadən sərgidə nümayiş etdirləcək yeni silahları dəqiqləşdirib.
Qeyd edək ki, ilk dəfə olaraq İran və İsrail eyni sərgidə öz silahlarını nümayiş etdirəcək. İran Rusiya və Türkiyədən sonra xarici sərgilərdə 3-cü dəfədir ki, iştirak edəcək.
Sərgidə nümayiş olunan silahlar aşağdakılardır:
Azərbaycan Müdafiə Sənaye Nazirliyinin(AMSN) sərgiyə çxaracağı silahlardan
Elmi Tədqiqat institutu idarə olunan taktiki raket,
betondələn aviasiya bombaları,
sərbəst düşən aviasiya bombaları üçün qanadlı və mühərrikli yönləndirmə dəstləri
Türkiyənin “ASELSAN” şirkəti ilə birlikdə hazırlanan lazer yönləndirmə dəsti inteqrasiya olunmuş aviasiya bombasını,
idarə olunmayan 57 və 80 mm-lik raketlər,
radioelektron mübarizə sistemləri.
MSN həmçinin ilk dəfə olaraq “Neyni Snayper” tüfənglərini, 30 mm-lik avtomat top, mini taktik Pilotsuz uçuş aparatlarını (PUA), “Tufan” minaya qarşı qorumalı nəqliyyat vasitəsini, mühəndis vasitələrini sərgiləyəcək.
Bu il sərgidə MSN ilə yanaşı özəl sektor şirkətləri də geniş təmsil olunur.
Məsələn, “Vitta Elmi Texniki Şirkət”i vertikal qalxma qabiliyyətinə malik PUA, süni intellektli dronlar, AMEA Yüksək Texnologiyalar Parkının rezident şirkətləri müxtəlif kamikadze PUA-larını, hərbi təyinatlı akkumulyatorlar, zirehli gödəkcə və dəbilqələr, simulyasiya vasitələrini, High Tech Park stendində Azərbaycanda hazırlanmış atış simulyatorları, tankların yanacaq sərfində qənaət edən reduktor və digər məhsullar.
Türkiyə şirkətləri yeni raketlər, maşınlar, antidron sistemləri və s. ASELSAN şirkəti açıq pavilyonda Azərbaycan HHQ-nə verilən mobil komanda mərkəzini sərgiləyir.
İsrailin “İMİ Systems” şirkəti ilk dəfə olaraq təyyarədən yer hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulan 150 km atış məsafəsinə malik “Rampage” raketini, “Rafael” şirkəti “Spike” tank əleyhinə idarə olunan raketin artırılmış mənzilə malik “Spike-ER” (10 km) və “Spike NLOS”un yeni -30 km mənzilə sahib modifikasiyalarını ilk dəfə sərgiləyir.
Elbit Systems şirkəti isə ATMOS özüyeriyən haubitsa ilə yanaşı “Spear Mk-2” mobil avtomat minaatanın iki fərqli versiyada “SandCat” zirehli avtomobilinin və DSX-yə aid BTR-70 zirehli transportyorunun üzərində nümayiş etdirir.
Belarus hərbi sənayesi şirkətləri “Polonez” operativ taktiki raket kompleksini, mobil servis mərkəzini, müxtəlif növ radioelektron mübarizə sistemlərini tanıdır.
Sərginin mühüm yeniliklərindən biri də Fransa müdafiə sənayesinin geniş qatılımıdır.
Azərbaycana silah embarqosunu aradan qaldırmış Fransanı sərgidə raket silahların istehsalçısı MBDA Systems, aviasiya və kosmik sənayedə ixtisaslaşmış “Airbus Defence”, “Thales Group”, dəniz sahəsində fəaliyyət göstərən və dünyanın ən böyük hərbi dəniz şirkətlərindən olan “Naval Group”, kimyəvi və bakteroloji kəşfyyat sistemləri istehsalçısı “Proengin” kimi şirkətlər təmsil edəcək.