Göygöl Şərab Zavodu dekabrın 27-dən yanvarın 4-dək Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilmiş Xankəndi şəhərində keçirilmiş “Qış Nağılı” yarmarkasında iştirak etmişdir.
FED.az xəbər verir ki, yarmarkada müxtəlif şirkət və müəssisələr təmsil olunmuş, həmçinin fərdi şəxslər öz məhsullarını nümayiş etdirmişlər. Göygöl Şərab Zavodu da bu yarmarkada iştirak edərək müasir texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli məhsullarını təqdim etmişdir. Əlavə olaraq festivalda məhsulların istehsal prosesi, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri haqqında ətraflı məlumat təqdim edilmişdir.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim və böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860- cı ildə şvabinq almanlar tərəfindən qoyulmuş zavod bü gün “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.