Yaxşı idarə olunan böyük fabrik - şirkətin uğuru üçün çox vacibdir. Bir yrdə böyük həcmdə məhsul istehsal edilirsə, bu şirkətin xərclərini azaldır. Baxmayaraq ki, belə zavodlar həm tikinti, həm də daimi modernizasiya üçün böyük yatırımlar tələb edir.
FED.az xarici məibuata istinadən dünyanın ən böyük 9 zavodunu təqdim edir.
9. Jan-Lük Laqarder zavodu
Fransada – Tuluza yaxınlığında yerləşən Jan-Lük Laqarder zavodu Airbus A380 aerobuslarının son yığılma xəttidir. 800 yerlik bu təyyarələrin qiyməti 428 milyon dollardır. Təyyarə yığım xəttinin uzunluğu 470 metr, zavodun ümumi sahəsi isə 122 500 kvadratmetrdir.
Airbus A380 aerobusunun ayrı-ayrı hissələri fərqli yerlərdə, o cümlədən İspaniya, Fransa, Britaniya və Almaniyada istehsal edilir. Sonra bu hissələri son yığım üçün Jan-Lük Laqarder zavoduna gətirirlər. Yığılan aerobuslar elə bu zavodda sınaqdan keçirilir. Ümumi sahəsi 200 hektar olan zavodun ərazisində şirkətin restoranları, aerobus üçün yanacaq istehsalı zavodu, eləcə də sahəsi 20 hektar olan uçuş enmə zolağı var.
8. «Target» şəbəkəsinin idxal etdiyi malların anbarı
«Target»i tanımayanlar üçün bildirək ki, bu şirkət ABŞ-da endirilmiş mallar satışı edən ikinci ən byöük şəbəkədir. Ona görə də, şirkətə idxal edilən mallar üçün böyük anbar lazımdır. Şəbəkənin bütün anbarlarının içərisində ən böyüyü «Targets Import Warehouse» sayılır. Onun sahəsi 185 min kvadratmetrdir. Anbar ABŞ-ın Kaliforniya ştanının cənubundakı Rialto şəhərinin yaxınığında yerləşir.
Şirkət bu anbarı idxal edilən malların daxidi paylaşdırma şəbəkələrinə bölüşdürmək üçün inşa edib. Target şəbəkəsinin Şimali Amerikada 1934 mağazasının olduğunu nəzərə alanda, belə böyük anbarın nə üçün tələb olunduğu aydınlaşır. Alıcıların həmişə razı qalması üçün mağazalara daima yeni malların göndərilməsi tələb olunur. Bundan başqa, Target-in daha 3 anbarı var, amma onlar bunun kimi böyük deyillər.
7. Belviderdə avtomobil istehsalı zavodu
Belvider şəhərində yerləşən avtomobil yığımı zavodu ABŞ-ın İllinoys ştatında yerləşir. «Chrysler» şirkətinə məxsus olan zavodda «Jeep Compass», «Jeep Patriot» və «Dodge Dart» kimi modellər yığılır. Bu zavodda indi artıq istehsal olunmayan avtomobillər də buraxılıb – «Dodge Caliber», «Chrysler Imperial», «Dodge Dynasty», «Chrysler New Yorker» və «Plymouth Neon».
Zavodun sahəsi 330 min kvadratmetr, uzunluğu 700 metr, eni 300 metrdir. Zavod 114 hektra ərazidə yerləşir. Zavodda işçi quvvəsi əsasən robotlardır. Təkcə kuza sexində 780 belə robot var.
6. Şimali Amerikada «MITSUBISHI MOTORS» zavodu
Şimali Amerikada 1981-ci ildə inşa edilmiş «Mitsubishi Motors» zavodu ABŞ, Kanada, Meksika və Karib ölkələrində Miüubisi brendinin istehsalı, satışı və elmi araşdırmaları üçün inşa edilib. Zavodun yaxşı təşkil edilmiş satış şəbəkəsi var və burada 700 diler cəmləşib. ABŞ-da öz satışlarını artırmaq istəyən «Mitsubishi Motors» burada 220 min kvadratmetr sahəsi olan böyük zavod inşa edib. Burada əsasən «Mitsubishi Outlander» modeli istehsal edilir. Bundan başqa zavodda «Mitsubishi Galant», «Eclipse», «Endeavor» və «Chrysler Sebring» kim modellər də buraxılır. «Mitsubishi Motors» zavodu da İllinoys ştatında, amma Normal şəhərində yerləşir.
5. Everetdəki «BOEING» zavodu
Təyyarə zavodları dünyanın ən byöük zavodları arasında xüsusi yer tutur. Məsələn, Everettdəki zavodad «Boeing» şirkətinin yığım bölməsi yerləşir. Təkcə Boeing 747, 767, 777 və 787 modellərinin yığıldığı sexin həcmi rekod ölçülərdədir - 13,3 milyon kubmetr.
Ümumiyyətlə, «Boeing» zavodunun ölçüləri heyrətamizdir: müəssisənin hündürlüyü 40 metr (12 mərtəbəli bina hündürlyündə – FED.az), ümumi sahəsi 50 hektar, həcmi isə 15 milyon kubmetrdir.
Zavodda yığım sexi və anqarlarla yanaşı, təkcə yanğınsöndürmə və mühafizə xidməti deyil, dəmiryolstansiyası, avtostrada, su təmizləmə stansiyası, tibbi mərkəz, uşaq bağçası, ban bölməsi və 20-dən artıq kafe yerləşir. Burada bir neçə növbədə fasiləsiz çalışan 70 min nəfər işçi üçün maksimum komfortlu iş şəraiti yaradılıb.
Bu zavodda köhnə «Boeing 737» modelinin yığımı 11 günə başa çatır. Yeni «Boeing 787 Dreamliner»in yığılması isə cəmi 3 günə tamamlanır Çünki həmin təyyarənin detallarının böyük hissəsi buraya yük avtomobilləri və qatarlarla hazır gətirilir.
4. TESLA zavodu
Hazırda dünyanın ən bahalı avtomobil şirkəti sayılan Tesla-nın zavodu ABŞ-ın Kaliforniya ştatının Frimont şəhərində 150 hektar sahədə yerləşir. Tesla zavodu iki əsas istehsal xəttindən ibarətdir. Hazırda xətlərdən biri «Model S», digəri «Model X» buraxır. Ümumiyyətlə, Tesla-nın istehsal xəttində 150 robot var. Tesla zavodu həftədə 1000 ədəd «Model S» buraxır və yaxın vaxtlarda «Model X» istehsalını da artıracaq. Zavodun ümumi sahəsi 1 500 min kvadrat metrdir. Onun 510 min kvadratmetri baş binaya aiddir, hansı ki, maşınların son yığım mərhələsi həyata keçirilir.
3. Niderlandda Alsmer şəhərindəki Gül auksionu
100 il əvvəl - 20-ci əsrin əvvəllərində olduğu kimi, bu gündə Alsmer şəhərinin iqtisadiyyatı gül əkilməsi və onların satışı üzərində qurulub. Məhsuldar torpaq, inkişaf etmiş kənd təsərrüfatı və texnologiya, eləcə də, yaxınlıqda yerləşən «Sxipxol» aeroportu imkan verir ki, güllər dünyanın istənilən ölkəsinə sürətlə çatdırılsın.
Alsmerdə təşkil edilən auksionun sahəsi təqribən 720 min kvadratmetrdir. Burada alışların 80%-i xarici alıcıların payına düşür. Güllərin və onların şitillərinin satışından illik gəlir 1,6 milyard avro daxil olur.
2. Ulsan şəhərindəki «HYUNDAI» zavodu
Cənubi Koreyanın ulsan şəhərindəki zavod «Hyundai»ın əsas zavodu və ümumiyyətlə dünyada ən böyük avtomobil zavodu sayılır. Ulsandakı nəhəng zavod kompleksi 5 min hektar ərazi tutu rvə ayrı-ayrı avtomlbil istehsalı bölmələrindən ibarətdir. Zavodda işləyən 34 min nəfər gündə 6 min avtomobil istehsal edir.
Kompleksin özününün ayrıca limanı var, buraya eyni vaxtda hər birinin su tumumi 42 m inton olan 3 gəmi yan ala bilir. Ulsandakı zavod Koreyanın bütün avtomobil sənayesinin beşiyi olub. Burada xüsusi yanğınsöndürmə deposu, xəstəxana və mühafizə xidməti var. Zavodda çoxsaylı fərqli avadanlıqlar var ki, müəssisənin ətraf mühitə zərərini minimuma endirsin.
1. Volfsburqdakı «Volkswagen» zavodu
Volfsburqun 120 min nəfərlik əhalisinin yarısı bu zavodda çalışır. Zavoddakı 54 min işçi burada Avropa, Yaponiya və başqa ölkələr üçün avtomobillər hazırlayırlar. İşçilərin 44 mini fəhlədir. Hər gün bu zavodad konveyerdən 3,8 min avtomobil çıxır, ümumilikdə ildə 800 min avtomobil yığılır. Müəssisə 3 növbədə çalışır: birinci 6:30-da, ikinci 14:30-da, üçüncü isə 22:30-da başlayır.