15 sentyabr 2023-cü il saat 11.00-da “Bakı Çinar Soyuducuları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi 27/k nömrəli ünvanda ( “Kristal” Şadlıq sarayında) keçiriləcək.
48 milyonluq “Qafqaz Konserv Zavodu”nun - NİZAMNAMƏ KAPİTALI AZALDILIR
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1 . ASC-nin icra orqanının (sədrinin) seçilməsi.
2 . Müşahidə şurasının və təftiş komissiyasının üzvlərinin seçilməsi.
3 . Cəmiyyətin idarəetmə orqanlarının 2022-ci il üçün illik hesabatı.
4 . Digər məsələlər
Xatırladaq ki, “Bakı Çinar Soyuducuları” kommersiya qurumu kimi 1959-cu ildən fəaliyyət göstərən Bakı Soyuducular zavodunun bazasında 2002-ci ildə yaradılıb. Zavodun nizamnamə kapitalı 1.781 milyon manatdır.