Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 3 218,1 kq gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 514,9 kq və ya 19,0% artıb.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində bu göstərici 2 703,2 kq təşkil edib.
1 noyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 699,1 kq təşkil edib ki, bu da illik müqayisədə 120,1 kq və ya 14,7% azdır.
Ötən ilin eyni dövründə hazır gümüş ehtiyatı 819,2 kq olub.












