18 may 2019 13:58

Azərbaycan qızıl istehsalını artırıb 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1073,6 kq qızıl istehsal edilib. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,0% çoxdur. Bu il mayın 1-nə 256,5 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 4 ayı ərzində ölkədə 1006,5 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 15,4% çoxdur. Bu il mayın 1-nə 299,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz