15 aprel 2019 11:53

Ötən il zərərdə idi, indi mənfəət açıqladı – HESABAT

«Bakı Əyirici Toxuculuq» ASC 2018-ci il üzrə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, şirkət ötən ili mənfəətlə başa vurub.

Hesabata əsasən, 2018-ci ildə ASC-nin cəmi gəlirləri əvvəlki illə müqayisədə 23,8% azalaraq 8 945 045 manatdan 6 819 369 manata enib.

Cəmi xərcləri isə 2017-ci il ilə müqayisədə 23,5% azalaraq 8 628 204 manatdan 6 599 803 manata enib.

Nəticədə 2017-ci ili 9 867 manat zərərlə başa vuran şirkət 2018-ci ili 132 157 manat xalis mənfəətlə bağlayıb.

Ötən il ərzində şirkətin cəmi aktivləri 4,3% artaraq 2 401 665 manatdan 2 506 045 manata yüksəlib.

Eləcə də bax: "Xalq Bank" maliyyə göstəricilərini - AÇIQLAYIB

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz