Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Abşeron Rayon Mərkəzi Xəstəxanasına, Kliniki Tibbi Mərkəzə yeni direktorlar təyin olunub.
TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib
Bu barədə FED.az-a TƏBİB-dən məlumat verilib.
Belə ki, Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı Yeni Klinikaya,Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına, Lətifov Hacı Məhəmmədoviç Abşeron Rayon Mərkəzi Xəstəxanasına, Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu Kliniki Tibbi Mərkəzə direktor təyin edilib.













